Dünyada neçə ədər Mona Liza var? Mona Liza haqqında bunları bilirdinizmi?
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mona Liza, şübhəsiz ki, dünyanın ən məşhur rəsm əsəridir.
Lent.az xəbər verir ki, illər keçməsinə baxmayaraq hələ də sirrini qoruyan Mona Liza Leonardo da Vinçinin şah əsəridir.
Yəqin ki, indiyə qədər onun haqqında çoxlu müxtəlif məlumatlar eşitmisiniz.
Bəs əsər haqqında doğru kimi bildiyiniz yanlışlar hansılardır?
1. Mona Liza dünyada tək deyil!
Bəli, tərifləməkdən əl çəkə bilmədiyimiz Mona Liza əslində dünyada yeganə deyil. Leonardo da Vinçi və tələbələri tərəfindən hazırlanmış ən azı dörd başqa versiya var. Gördüyümüz Mona Liza Fransadakı Luvr muzeyində nümayiş etdirilir.
Digər əsərlərdən biri Prado Muzeyindədir. Bəziləri isə şəxsi kolleksiyalardadır.
2. Mona Liza əslində o qədər də məşhur deyildi.
20-ci əsrə qədər az tanınan Mona Liza Luvrdan oğurlanıb. Çox səs-küylü oğurluq olduğu üçün bütün dünyada hər kəsin diqqətini çəkdi.
Məhz bu səbəbdən də Mona Liza indi dünyanın ən məşhur rəsm əsəridir.
3. Mona Lizanın oğurluğuna görə dindirilənlər arasında məşhur Pablo Pikasso da var idi!
Məsələ ilə bağlı saxlanılan ilk şəxs sonradan həbs edilən fransız şairi Guillaume Apollinaire olub. Məşhur şair oğurluqda ora dindirilmək üçün gətirilən Pablo Pikassonu günahlandırıb.
4. Mona Lizanın qiyməti nə qədərdir?
Ginnesin Rekordlar Kitabına görə, Mona Liza tarixdə ən bahalı sığortasına malikdir. Onun 1962-ci ildə dəyəri 100 milyon dollar, 2018-ci ildə isə 650 milyon dollar olub.
Əlbəttə, satış üçün deyil!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 09 May 2025 07:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















