Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Dünyada pensiya yaşları: Ölkələr hansı dəyişiklikləri edir?

Dünyada pensiya yaşları: Ölkələr hansı dəyişiklikləri edir?

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada orta ömür uzunluğu artdıqca bir çox ölkə pensiya yaşlarını yenidən nəzərdən keçirir və düzəlişlər edir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Bölməsinin məlumatına görə, qlobal orta ömür uzunluğu 1950-ci ildə 46,5 il olduğu halda, 2000-ci ildə bu göstərici 66 yaşa çatıb. 2050-ci ilədək isə 76 yaşa qədər artacağı proqnozlaşdırılır.

Bu tendensiya bir çox ölkəni pensiya yaşına dair islahatlar aparmağa məcbur edib.

Banco.az xarici KİV-ə istinadən dünyanın müxtəlif ölkələrində tətbiq olunan pensiya yaş hədlərini təqdim edir.

ABŞ

Amerika Birləşmiş Ştatlarında pensiya yaşı insanın doğum ilindən asılı olaraq dəyişir.

1943-1954-cü illərdə doğulanlar üçün – 66 yaş

1955-1960-cı illərdə doğulanlar üçün – 66-67 yaş aralığı

1960 və daha sonra doğulanlar üçün – 67 yaş

ABŞ-də pensiya yaşı bir çox Avropa ölkələri ilə müqayisədə yüksək olsa da, Yaponiya, Yeni Zelandiya (68 yaş) və İndoneziya (69 yaş) kimi ölkələrdə bu hədd daha yuxarıdır. İslandiya və Norveç isə 67 yaşla ən yüksək pensiya yaşına malik ölkələr sırasındadır.

Fransa

Fransada 2023-cü ildə həyata keçirilən pensiya islahatı minimum pensiya yaşını 62-dən 64-ə yüksəltdi. Bununla yanaşı, daha erkən yaşda işləməyə başlayan şəxslərin müəyyən şərtlər daxilində erkən pensiyaya çıxmasına imkan verən qaydalar da mövcuddur. Lakin pensiya yaşının artırılması ölkədə genişmiqyaslı etirazlara və ixtişaşlara səbəb olub.

Çin

2024-cü ilin sentyabrında Çin hökuməti 1950-ci illərdən bəri ilk dəfə pensiya yaşına dair islahat qəbul etdi.

Göy yaxalı işçilər üçün (fiziki işçilər) – pensiya yaşı 50-dən 55-ə qaldırıldı.

Ağ yaxalı işçilər üçün (idarəetmə və ofis işçiləri) – 55-dən 58 yaşa yüksəldildi.

Kişilər üçün pensiya yaşı – 60-dan 63 yaşa artırıldı.

Bu dəyişikliklər Çində yaşlanan əhalinin iqtisadi təsirlərini azaltmaq məqsədi daşıyır.

Asiya ölkələrində pensiya yaşları nisbətən aşağıdır.

Çin, Hindistan və Cənubi Koreyada rəsmi pensiya yaşı 50-lərin sonu və 60-ların əvvəli arasında dəyişir.

Ən aşağı pensiya yaşı isə 55 yaşla Şri-Lankada tətbiq edilir.

Azərbaycanda pensiya yaşı kişilər üçün 65 yaş, qadınlar üçün isə 1 iyul 2024-cü ildən etibarən 64 yaş müəyyən edilib. Bu göstərici bəzi Avropa ölkələri ilə müqayisədə orta səviyyədə hesab edilir.

Pensiya yaşlarının qaldırılmasının əsas səbəbləri bunlardır:

 İnsan ömrünün uzanması və iş qabiliyyətinin daha uzun müddət qorunması

 Pensiya fondlarının yükünün azaldılması

 Əmək bazarında aktiv iştirakın stimullaşdırılması

Dünya üzrə ümumi tendensiya pensiya yaşının tədricən artırılması istiqamətindədir. Bu, həm iqtisadi sabitliyi qorumaq, həm də əhalinin uzunmüddətli sosial təminatını gücləndirmək məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://banco.az
archiveBu xəbər 06 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri