Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər Təhlükəli xəstəlik səbəbindən
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Dünyada sitrus meyvələri ilə bağlı ciddi böhran yaşanır. Buna səbəb Asiya sitrus yarpaqbitləri tərəfindən yayılan HLB bakteriyasının geniş vüsət almasıdır.
Bizim.Media “news.tek.fm”ə istinadla xəbər verir ki, bu infeksiya plantasiyaları məhv edərək ağacların qurumasına və məhsuldarlığın kəskin azalmasına səbəb olur.
Vəziyyət xüsusilə Floridada daha acınacaqlıdır. Burada son üç il ərzində portağal məhsulu demək olar ki, 20 dəfə azalıb. Eyni zamanda "Sarı əjdaha xəstəliyi" kimi tanınan HLB bakteriyası artıq Çin və Braziliya da daxil olmaqla 60-dan çox ölkəni bürüyüb.
Ən böyük portağal istehsalçılarından biri olan Floridada demək olar ki, bütün bağlar təhlükə altındadır və xəstəliyin effektiv müalicəsi hələ tapılmayıb.
Alimlər xəbərdarlıq edirlər ki, əgər həll yolu tapılmazsa, infeksiya Avropadakı sağlam plantasiyalara da çata bilər.
Bu isə vərdiş etdiyimiz sitrus meyvələrinin qıtlığına və qiymətlərin kəskin artmasına gətirib çıxaracaq. Nəticədə portağal tapılmayan bir məhsula çevrilərək qiymətinə görə qara kürü kimi delikateslərlə bərabərləşə bilər.
Bu böhran istehlakçılar üçün də ciddi fəsadlar doğurur, çünki portağalın tərkibindəki C vitamininə çıxış məhdudlaşa bilər.
Problemin miqyasını və müalicənin olmadığını nəzərə alsaq, sitrus meyvələri üzrə qlobal ərzaq təhlükəsizliyi təhdid altındadır. Bu, aqronomlar və tədqiqatçılar tərəfindən təcili tədbirlərin görülməsini tələb edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 25 Aprel 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















