Dünyada temperatur rekord yüksək səviyyəyə çatıb HƏYƏCAN TƏBİLİ
Icma.az, News24 saytına istinadən bildirir.
2024-cü ildə qlobal temperatur rekord yüksək səviyyəyə çatıb. Bu, planetin 1.5°C-dən artıq istiləşmə dövrünə daxil olmasının əlaməti ola bilər.
News24.az-ın verdiyi məlumata görə, rekord beynəlxalq alimlər qrupunun bununla bağlı tədqiqatlarının nəticələri “Nature Climate Change” jurnalında dərc edilib.
Məqalədə Ümumdünya Meteorologiya Təşkilatına istinadla bildirilir ki, 2024-cü il qlobal temperaturun 1.5°C-i keçdiyi ilk tam təqvim ili olub.
“Son 125 min ildə müşahidə edilməyən bu göstərici ciddi narahatlıq doğurur. Hər əlavə dərəcə daha ekstremal hava şəraiti və biomüxtəlifliyin itirilməsi deməkdir”, – deyə alimlər xəbərdarlıq ediblər.
Kompüter modelləşdirməsindən istifadə edən tədqiqatçılar hesab edirlər ki, 2024-cü ildə bu həddin keçilməsi, növbəti 20 illik dövrdə 1.5°C-lik istiləşmənin davam edəcəyinin göstəricisidir.
İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun qiymətləndirmələrinə əsasən, 1.5°C həddində temperaturun saxlanılması qlobal istiləşmənin ən fəlakətli nəticələrindən yan keçməyə imkan verə bilər. Lakin artıq 2024-cü il mümkün gələcəyin reallığını göstərdi: dağıdıcı qasırğalar, yanğınlar və daşqınlar nəhəng iqtisadi zərərə səbəb olub.
Alimlər xəbərdarlıq edirlər ki, 1,5°C-lik istiləşmə mərcan riflərinin 90%-ə qədərinin məhv olması və quru ərazilərində yaşayan növlərin 14%-nin yox olması təhlükəsi yaradır. Əgər temperatur 2°C-yə qədər artmağa davam edərsə, bu Arktika buzlarının və əbədi donuşluğun əriməsinə, metanın ayrılmasına və dünya okeanının səviyyəsinin bir neçə metr qalxmasına səbəb ola bilər.\\oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 12 Fevral 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















