Icma.az
close
up
RU
Dünyanı cənginə alan fəlakət regionumuza da çatdı Bu, artıq ekstremdir

Dünyanı cənginə alan fəlakət regionumuza da çatdı Bu, artıq ekstremdir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə ərazisində, eləcə də regionda intensiv yağışlar davam edir. Yağıntılar nəticəsində bəzi ərazilərdə subasma olub, gölməçələr yaranıb. Oxşar hava şəraiti hazırda dünyanın bir sıra ölkələrində də qeydə alınır. Mütəxəssislər mövcud vəziyyəti dünya üzrə fəlakət kimi qiymətləndirirlər.

Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, son illərdə dünyanın böyük şəhərlərində, xüsusilə London, Paris, Dubay kimi iri urban mərkəzlərdə də intensiv yağışlar problemlərə səbəb olur:

“Küçələrin su altında qalması, nəqliyyatın iflic olması və yaşayış məntəqələrində lokal daşqınların baş verməsi artıq qlobal iqlim dəyişikliyinin nəticəsidir. Metrologiyada hər güclü yağış təbii fəlakət kimi qiymətləndirilmir. Lakin müəyyən hallarda fövqəladə hidrometroloji hadisə hesab olunur. Belə ki, qısa müddətdə normadan bir neçə dəfə artıq yağıntı düşürsə, şəhər infrastrukturu fəaliyyətini itirirsə, yaşayış evlərinə və əmlaka ziyan dəyərsə, o zaman hadisə artıq urban daşqın və ya hidrometroloji təbii fəlakət kimi qiymətləndirilir”.

Ekoloq bildirib ki, metrologiyada 24 saatda 100 mm və daha çox yağış çox vaxt “ekstrem güclü yağış” hesab olunur:

“Saatda 50 mm-dən artıq olan yağış “çox güclü”, 80 mm-dən yuxarı isə “ekstrem intensivlik” sayılır. Metrologiyada “norma“ anlayışı müəyyən ərazi üzrə uzun illərin orta yağıntı göstəricisinə əsaslanır. Əgər ay üzrə orta norma 20 mm-dir və faktiki düşən yağıntı 80 mm olarsa, bu zaman həmin yağıntı normadan 4 dəfə artıq hesab edilir. Əgər belə yağış zamanı küçələri su basırsa, nəqliyyat dayanırsa, evlərə ziyan dəyirsə və insanların təhlükəsizliyi risk altına düşərsə onda bu hadisə təbii fəlakət kimi qiymətləndirilə bilər. Məsələn, Dubayda 2024-cü ildə rekord yağışlar şəhərin fəaliyyətini demək olar ki, dayandırmışdı. Londonla Parisdə də son illər qısamüddətli intensiv yağışlar metro və yolları su altında qoyub. Bu, urbanizasiya və iqlim dəyişikliyi ilə bağlıdır”.

İB sədri qeyd edib ki, son illərdə ekstrem yağıntı hadisələrinin tezliyi artmaqdadır:

“Bu artım əsasən qlobal temperaturun yüksəlməsi, atmosfer rütubətinin artması və regional hava dövranının dəyişməsi ilə bağlıdır. Bu səbəbdən qısamüddətli, lakin çox intensiv yağışlar artıq nadir hadisə deyil, yeni iqlim reallığının göstəricisi hesab olunur”.

İ.Həsənovanın sözlərinə görə, Azərbaycanda xüsusilə şəhər ərazilərində qısa müddətdə çox yağıntı düşməsi yolların su altında qalmasına, nəqliyyatın çətinləşməsinə və kanalizasiya sistemlərinə əlavə yük düşməsinə səbəb olur:

“Əgər rəsmi məlumatlarda yağıntının normadan 3-4 dəfə artıq olduğu qeyd edilirsə, bu, artıq adi meteoroloji hadisə deyil, ekstrem hava hadisəsi kimi qiymətləndirilir. Müasir dövrdə iri şəhərlərdə müşahidə olunan intensiv yağışlar təkcə lokal hava hadisəsi deyil, qlobal iqlim dəyişikliklərinin praktik nəticəsidir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Mart 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri