Icma.az
close
up
RU
Dünyanı dəyişməyin ən qısa yolu Gültəkin Cəfərova

Dünyanı dəyişməyin ən qısa yolu Gültəkin Cəfərova

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Gültəkin Cəfərovanın "Dünyanı dəyişməyin ən qısa yolu" yazısını təqdim edir.

“Hər oxunan kitab azadlığa doğru atılan 4 günlük addımdır”. Bu, sadəcə, poetik bir bənzətmə deyil, Braziliya həbsxanalarındakı real islah proqramının rəsmi statistikasıdır. Məhkumlar oxuduqları hər kitab üçün cəza müddətlərindən 4 gün silirlər və nəticə heyrətamizdir: azadlığa çıxanların təkrar cinayət törətmə ehtimalı 30% azalır. Bəs necə olur ki, bir neçə yüz səhifəlik adi kağız yığını insanın taleyini və cəmiyyət dəyişə bilir?
Biz kitaba həmişə ənənəvi qəliblərdən baxmağa öyrəşmişik: o, bəşəriyyətin keçmişini gələcəyə daşıyan bir körpü, nitqimizi zənginləşdirən və ya asudə vaxtda bizə estetik zövq verən vasitədir. Lakin müasir dünyanın qatmaqarışıq hadisələri fonunda kitabın funksiyası bu klassik təriflərdən daha qlobal bir müstəviyə keçib. Günümüzdə kitab, sadəcə, bir məlumat toplusu deyil, insanın daxili aləmini inşa etməyə və cəmiyyəti dəyişməyə qadir olan mənəvi gücdür. Kitabın bu gücü, sadəcə, bir təxmin deyil, elmi araşdırmalarla da sübut olunub.
Psixoloq David Levisin araşdırmaları göstərir ki, mütaliə həm də bioloji zərurətdir. Cəmi 6 dəqiqəlik dərin mütaliə stres səviyyəsini 68% azaldır. Bu, musiqi dinləməkdən və ya gəzintiyə çıxmaqdan daha effektivdir.
Mütaliə bizi daxilən rahatlatmaqla qalmır, həm də insani keyfiyyətlərimizi, yəni “yumşaq bacarıqlar”ımızı – empatiya, ünsiyyət və dözümlülük – cilalayır. Bu bacarıqlar fərdi insan edən əsas mənəvi dəyərlərdir.
İnformasiya bolluğunda yaşamağımıza baxmayaraq, bəşəriyyət heç vaxt indiki qədər manipulyasiyaya açıq olmayıb. Sosial mediadakı saxta xəbərlər və ucuz şüarlar insanları kütləvi şəkildə idarə edir.

Sosioloq Ziqmund Baumanın qeyd etdiyi “axıcı cəmiyyətdə” insanlar dərin biliklərdən məhrum olduqları üçün səthi mütaliənin və müvəqqəti hisslərin qurbanına çevrilirlər. Məhz burada həqiqi oxucu fərqi ortaya çıxır. Kitab oxuyan insanı aldatmaq və onu kortəbii kütlənin bir hissəsinə çevirmək qeyri-mümkündür. Çünki mütaliə analiz etməyi öyrədir; o, qaranlıq otaqda yanan işıq kimi qorxu və cəhaləti yox edir.
Analitik düşünmək bizi aldanmaqdan qoruyur, bədii ədəbiyyat isə bizə başqasının ağrısını hiss etməyi öyrədir. Müasir insanın ən böyük problemi öz qabığına çəkilməsi və başqasının ağrısına qarşı korlaşmasıdır. Cəmiyyətdə artan aqressiya məhz bu duyğu çatışmazlığından qaynaqlanır. Bir roman oxuyan insan isə minlərlə fərqli taleyi öz ruhundan keçirir. O gah bir yoxsulun ehtiyacını, gah da bir dahinin tərəddüdünü yaşayır. Dostoyevski, Hüqo və ya Tolstoyun mənəvi iztirablarını sətir-sətir dərk edən birinin dünyanı yalnız ağ-qara rənglərdə görməsi imkansızdır.
Fərdin inkişafı baxımından bədii ədəbiyyatla kifayətlənmək olmaz. Müasir insanın daxili xaosunda şəxsi inkişaf kitabları bir mentora çevrilir. Klassik ədəbiyyat bizə başqasını anlamağı öyrədirsə, düzgün seçilmiş şəxsi inkişaf kitabları bizi öz “mən”imizlə üzləşdirir, travmalarımızı və potensialımızı tanımağa kömək edir. Özünü kəşf edən fərd isə cəmiyyətdə dağıdıcı deyil, şüurlu və qurucu bir qüvvə kimi çıxış edir.
Zərərli vərdişlərə meyil və boş özünütəsdiq cəhdləri cəmiyyəti daxildən gəmirir. Kitab isə, sadəcə, biliklərin toplusu deyil, mənəvi bir təkamüldür. Kitab oxuyan insan öz daxili dünyası ilə dialoq qurmağı bacarır. O təkcə qanunlardan qorxduğu üçün deyil, daxili ləyaqət hissi imkan vermədiyi üçün pislikdən uzaq durur. Başqalarının səhvlərindən (ədəbi qəhrəmanlar vasitəsilə) dərs çıxarmağı bacaran insan həyatın çətin yollarında daha az büdrəyir.
İnsandakı bu fərdi inkişaf sonda bütün cəmiyyətin mənəviyyatına təsir edir. Elə ölkəmizdə son illər müşahidə olunan mütaliə dalğası da bunun bariz nümunəsidir. Bu mənəvi təkamül prosesində həm dövlət qurumlarının, həm də ictimai təşəbbüslərin rolu əvəzsizdir. Xüsusilə Mədəniyyət Nazirliyi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) kitab sənayesinin inkişafı, eləcə də genişmiqyaslı təbliğat kampaniyaları nəticəsində nəşriyyat işində ciddi canlanma və yeni dinamika yaranmışdır.
Son illər Bakı Beynəlxalq Kitab Sərgisindəki izdiham və regionlarda keçirilən kitab festivalları cəmiyyətimizdə mütaliəyə olan tələbatın artdığını açıq şəkildə sübut edir. Bu canlanma təkcə rəsmi tədbirlərlə bitmir. Ölkədə kitab klubları və “bookcafe”lər şəbəkəsi də sürətlə genişlənir. Bu məkanlar həm valideynlər, həm gənclər, həm də uşaqlar üçün, sadəcə, mütaliə deyil, həm də sağlam ünsiyyət mühitinə çevrilir. Bu mühit genişləndikcə cəmiyyətin düşüncə tərzi də sağlamlaşır.
Nəticə etibarilə, cəmiyyəti daxildən gəmirən bütün problemlərin – xurafatın, nifrətin və cinayətin kökündə cəhalət dayanır. Kitab isə bu problemləri aradan qaldıran ən kəsərli silahdır. Bir cəmiyyət oxumağa başlayırsa, orada qaranlıq kölgələr öz-özünə çəkilməyə məhkumdur.

Gündə cəmi 15 dəqiqə mütaliə etməklə ildə 20-dən çox fərqli həyatı tanıya, dünyanı başqalarının gözü ilə görə bilərsiniz. Buna görə də kitabları rəflərdən çıxarıb çantanıza, masanızın üstünə qoyun və ya söhbətlərinizə daxil edin.

Dünyanı dəyişməyin ən qısa yolu bir insanın əlinə kitab almasından başlayır.

"Səni ya ədalət, ya qan hərləyir!.." - Akif Azalpın şeirləri Psixiatriya Xəstəxanasında keçən illərim Yesugey kişinin oğlu - Bəhruz Tağızadənin hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Aprel 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri