Icma.az
close
up
RU
Dünyanı qarışdıran ərazi təklifi Zəngəzur ssenarisi təkrarlana bilər

Dünyanı qarışdıran ərazi təklifi Zəngəzur ssenarisi təkrarlana bilər

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Zəngəzur dəhlizini 99 il müddətinə icarəyə götürməsindən sonra Qəzza zolağına da 10 illik nəzarəti ələ alacağına dair məlumatlar yayılıb.

“The Washington Post”un iddiasına görə, Ağ Evin planında ərazinin məhdud müddətdə nəzarətə götürülməsi, əhalinin müvəqqəti köçürülməsi və anklavın dirçəldilməsi nəzərdə tutulur. Sözügedən iddia beynəlxalq siyasi dairələrdə birmənalı qarşılanmasa da, ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Qəzza zolağının 10 il müddətə ABŞ-a icarəyə verilməsinə dair irəli sürülən ideya həm absurddur, həm də beynəlxalq hüquq baxımından məntiqsiz yanaşmadır:

“Bu cür yanaşma Fələstin xalqının suverenliyinə, tarixi və insani hüquqlarına açıq-aşkar hörmətsizlikdir. Qəzza Fələstin xalqının vətənidir. Onların ərazidə sərbəst, təhlükəsiz və toxunulmaz şəkildə yaşamaq hüququ var. Hər hansı ölkənin, o cümlədən, ABŞ-ın bu əraziyə sahiblik iddiası ilə çıxış etməsi və ya onu icarəyə götürmək niyyətini bəyan etməsi tamamilə yolverilməzdir”.

Politoloqun fikrincə, bu ideyanın ABŞ-ın Zəngəzur dəhlizini 99 il müddətinə icarəyə götürməsi ilə müqayisəsi də doğru yanaşma deyil:

“Zəngəzur dəhlizi strateji, geosiyasi layihədir və hüquqi mexanizmlərlə tənzimlənən bir prosesdir. Əgər ABŞ belə bir layihədə iştirak edəcəksə, bu, konkret razılaşmalar və beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilə bilər. Amma Qəzza məsələsində vəziyyət tamamilə fərqlidir. Orada yüz minlərlə insanın taleyi, həyatı və gələcəyindən söhbət gedir. Həmçinin hazırda Qəzzada baş verənlər bütün dünyada dərin narazılıq və humanitar narahatlıq doğurur.”


Elçin Xalidbəyli

Elçin Xalidbəylinin sözlərinə görə, əgər ABŞ həqiqətən beynəlxalq hüquq normalarına hörmət edir və bölgədə ədalətin bərqərar olmasını istəyirsə, ilk növbədə İsrailə təzyiq göstərməlidir:

“Vaşinqton hərbi əməliyyatların dayandırılmasına nail olmalı, mülki əhalinin qorunmasını təmin edən mexanizmləri dəstəkləməlidir. Qəzza ilə bağlı məsələni beynəlxalq hüquq çərçivəsində və diplomatik yollarla həll etməyə çalışmaq  Ağ Ev üçün daha məntiqli və ədalətli yol olardı. Əks halda, bu cür absurd ideyalar yalnız gərginliyi artırır və regionda sülhə xidmət etmir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri