Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Dünyanı qorxuya salan bufer işğal planı 2 milyon insan böhranla üzləşəcək

Dünyanı qorxuya salan bufer işğal planı 2 milyon insan böhranla üzləşəcək

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Qəzza zolağının hər kvadrat kilometrinə 5400-dən çox insanın düşməsi, yəni əhalinin sıx məskunlaşması burada quru əməliyyatının keçirilməsini çox çətin və yorucu edir. İsrail ərazinin nəzarətində qalması üçün uzun müddət yüz minlərlə əsgəri bölgədə saxlamalı olacaq. Nəticədə isə Təl-Əviv böyük itkilər verə və daxildə ictimai dəstək azala bilər.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə İsrailin Qəzzada apardığı hərbi əməliyyatları şərh edərkən deyib.

Politoloq bildirib ki, ərazi İsrailin tam nəzarətinə keçərsə, burada yaşayan 2 milyondan çox fələstinliyə elektrik, su, səhiyyə və təhsil kimi əsas xidmətlərin təmin olunması hər il ona milyardlarla dollara başa gələcək:

“Bu, həm milli büdcəyə, həm də beynəlxalq yardımlara mənfi təsir göstərəcək. Beləliklə, İsrail və dünya ictimaiyyətində Qəzzanın işğalına qarşı narazılıq artacaq.

Hazırkı Təl-Əviv hökuməti, xüsusilə proseslərə sərt mövqedən yanaşanlar HƏMAS-ın hakimiyyətinin tamamilə aradan qaldırılması niyyətindədirlər. Amma ictimai rəy sorğuları göstərir ki, israillilər artıq uzun müddət davam edən əməliyyatlardan və “Suriya bataqlığı” kimi münaqişədən yorulublar. Onlar daha çox girovların azad edilməsi və HƏMAS-ın hərbi imkanlarının zəiflədilməsi kimi məhdud məsələlərin həllini üstün tuturlar.

Hətta ABŞ-ın ən sadiq dəstəkçiləri belə humanitar zərərin qarşısının alınmasına çalışırlar. Ərəb dünyasında və Avropa paytaxtlarında Qəzzanın tam işğalı ilə bağlı kəskin etirazlar müşahidə edilir, sanksiyalar və silah embarqosu kimi hədələr səsləndirilir. Bölgənin işğalı İsrailin diplomatik mövqeyinə ciddi zərbə vuracaq və Beynəlxalq Cinayət Məhkəməsində ona hüquqi problemlər yaradacaq”.

Politoloqun sözlərinə görə, İsrailin məqsədi anklavın “bufer zona üzərində qismən işğalı”dır:

“Burada əsasən sərhəd bölgələrini nəzarətdə saxlamaq, Qəzza zolağının ətrafında təhlükəsizliyi təmin etmək və beynəlxalq müşahidə altında məhdud muxtariyyətə icazə vermək nəzərədə tutulur. Bu, İsrailin əvvəlki “hərbisizləşdirilmiş Fələstin” ideyasına bənzəyir.


Rüstəm Tağızadə

Təl-Əviv ərazidə 5 km-dək sahələri nəzarətə götürməklə qaçaqmalçılıq tunellərinin və raket buraxılışlarının qarşısını ala bilər. Eyni zamanda, gündəlik xidmətləri idarə etmək üçün texnokrat və ya qəbilə liderlərinə güvənməsi, beləliklə, özünü birbaşa inzibati məsuliyyətdən uzaqlaşdırması mümkündür.

Misir uzun müddət Qəzzanın qapıçısı kimi çıxış edib. İsrailin Rəfah sərhədinə qədər tam işğalı bu ölkə ilə böhrana yol açacaq və sərhədin bağlanması ilə anklavda daha böyük xaos yaranacaq. Bu da tərəflərin heç birinin istəmədiyi bir şeydir.

İsrail üçün əsas hədəf tam suverenlik deyil, təhlükəsizlik “buferi” yaratmaqdır. Bununla mülki əhali və idarəetmə üzərində siyasi məsuliyyət daşımadan təhlükəsizliyini qoruyub saxlamağa çalışır”.

R.Tağızadə hesab edir ki, Fələstin muxtariyyətinin və İsrailin təhlükəsizlik maraqlarının balansı tapılmayana qədər Qəzza zolağı “təhlükəsizlik sərhədi” olaraq qalacaq:

“Təl-Əvivin ssenarisinə əsasən, mülki idarəetmə Fələstin hökumətinə və ya beynəlxalq təşkilatlara verilə bilər, amma silahlar İsrailin əlində qalacaq. Qısa müddətdə tam işğal olmayacaq, nəzarət qismən və taktiki xarakter daşıyacaq. İsrail təhlükəsizlik zonasını gücləndirəcək və gündəlik idarəçilikdən uzaq durmağa çalışacaq. Lakin belə vəziyyət münaqişənin dondurulmasına, xalq arasında narazılığın artmasına və Qəzzanın gələcəkdə siyasi problemlərin həll olunmamış münaqişə nöqtəsi kimi qalmasına səbəb ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri