Dünyanı qorxuya salan H3N2 virusu ölkəmizdə də yayıla bilərmi? AÇIQLAMA
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Hazırda dünyada yeni və qorxulu qrip növünün sürətlə yayıldığı bildirilir. Ötən gün türkiyəli pulmonoloq, professor Tevfik Özlü bu virusun "H3N2" olduğunu və Avropada yayıldığını qeyd edib. O bu virusun tezliklə Türkiyəyə çatacağını da istisna etməyib. Türkiyənin qonşu ölkə olduğunu nəzərə alsaq, Azərbaycanda da bu virusun yayılma ehtimalı qaçınılmzadır. Bəs görəsən bu barədə infeksionistlər nə deyir? "H3N2" virusu ölkəmizdə də təhlükəli vəziyyətə səbəb ola bilərmi?
İnfeksion xəstəlikləri uzmanı həkim Vasif Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, "H3N2" virusu ölkəmizdə həmişə olub və olacaqda, sadəcə bu qrip pandemiyaya çevrilərsə təhülkəli hal yaşana bilər:
"H3N2" virusu Azərbaycanda qripin ən çox görülən formasıdır. Sözsüz "H5N1, "H1N1", "H7N9" kimi qrip növləri də var. Lakin bu dəqiqə dünyada ən çox görülən qrip növü elə "H3N2"dir. Bu qrip növü həmişə var. Bu həmişə var olacaq və gözləniləndir. Bu öz özlüyündə qeyri-adi bir pandemiyaya səbəb olacaq xüsusiyyət daşımır. Qrip müəyyən vaxtdan sonra pandemiyaya səbəb ola bilər. Bu cəmiyyətdə yayılan qripin mutasiyaya uğraması nəticəsində ola bilər. Lakin "H3N2" bizim normal qrip kimi qəbul etdiyimiz qripin bir növüdür. Simptomları ən çox boğaz ağrısı, öskürək, temperatur və əzələ ağrısı kimi özünü göstərə bilir. Bu virusu burundan götürülən testlə aşkar etmək olur. "H3N2" var olan virusdur. Ciddi bir epidemiyaya çevrilməsə onun yayılması təhlükəli hal deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















