Icma.az
close
up
RU
Dünyanı sarsıdan ÖLÜM İDDİASI: Onu kim əvəz edir?

Dünyanı sarsıdan ÖLÜM İDDİASI: Onu kim əvəz edir?

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şimali Koreya lideri Kim Çen Inın beyin qanaxması keçirərək komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı iddialarının ardından bu dəfə onun vəfat etdiyi irəli sürülüb.

Musavat.com xəbər verir ki, Çin Demokratiya Partiyasının sədri kimi tanınan Vanjsun Şyenin (Wanjun Xie) ortaya atdığı və hələlik təsdiqlənməyən bu iddia dünya gündəminə damğa vurub.

Çinli siyasətçi "X" hesabındakı paylaşımında Kim Çen Inın ağır beyin qanaxması keçirdiyini, daha sonra komaya düşdüyünü və tətbiq edilən müalicəyə baxmayaraq həyatını itirdiyini bildirib. pizza

Sosial şəbəkələrdə sürətlə yayılan bu iddia hələ ki müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Eyni zamanda, Şimali Koreya və Çin rəsmiləri də məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Böyük Britaniyanın "The Sun" qəzetinin yaydığı xəbərlərdə Kim Çen Inın beyin qanaxması keçirdiyi və vəziyyətinin kritikləşməsi səbəbindən komaya düşdüyü iddia olunurdu. Şimali Koreyadakı tibbi imkanların yetərsizliyi ucbatından liderin müalicə üçün Çinin paytaxtı Pekinə aparıldığı bildirilirdi.

Kim Çen Inın öldüyünə dair təsdiqlənməmiş xəbərlər Şimali Koreyada rəhbərlik dəyişikliyini də gündəmə gətirib. Ölkə idarəçiliyini kimin təhvil alacağı müzakirə edilərkən, Kimin bacısı Kim Yo Çjon ilə 13 yaşlı qızı Kim Çju E-nin adları ön plana çıxır.

Şimali Koreya Fəhlə Partiyasının rəhbərliyində mühüm vəzifələr tutan Kim Yo Çjon xüsusilə Cənubi Koreyaya qarşı sərt bəyanatları və ölkə idarəçiliyindəki nüfuzu ilə tanınır. Kim sülaləsinin siyasi gücü nəzərə alındıqda, onun adı olası liderlər arasında ilk sırada gəlir. Lakin onun rəsmən xələf təyin edilməsi barədə hələlik heç bir qərar yoxdur.

Kim Çen Inın qızı Kim Çju E isə son illərdə atası ilə birlikdə qatıldığı hərbi paradlar və rəsmi tədbirlərlə diqqət çəkir. İlk dəfə 2022-ci ilin noyabrında raket sınağı zamanı ictimaiyyətə təqdim edilən Çju E, daha sonra hərbi keçidlərdə və silah obyektlərinə ziyarətlərdə atasının yanında görünüb.

Hələ 13 yaşında olduğu bildirilən Çju E-nin dövlət tədbirlərində getdikcə daha çox ön plana çıxarılması, onun gələcəkdə ölkəni idarə etməyə hazırlandığı kimi şərh olunur. Lakin Pxenyan rəhbərliyi Kim Çju E-ni də rəsmi şəkildə xələf elan etməyib.

Qeyd edək ki, Kim Çen In 2020-ci ildə də təxminən üç həftə boyunca ictimaiyyət arasında görünmədiyi üçün oxşar iddiaların hədəfi olmuşdu. O dövrdə də onun səhhətinin ağırlaşdığı və vəfat etdiyi xəbərləri yayılmış, lakin Şimali Koreya lideri az sonra bir fabrikin açılışında ortaya çıxaraq şayiələrə son qoymuşdu.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri