Dünyanın 2 ci ən bahalı oyunçusu “Barselona”nın hədəfində
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kataloniyanın “Barselona” klubu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalanda ciddi maraq göstərir.
QOL.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, klubun prezidenti Joan Laporta heyəti gücləndirməyə qərarlıdır və 24 yaşlı forvardın transferini nəzərdən keçirir. Təxminən 125 milyon avro dəyərində qiymətləndirilən bu keçidi maliyyələşdirmək üçün rəhbərlik bir neçə futbolçunu satmağa hazırdır. İlk növbədə Ronald Arauxonun adı gündəmdədir. Həmçinin Dani Olmo və Fermin Lopes də satış siyahısına düşə bilər.
Mövsümün indiyədək olan hissəsində Haaland bütün turnirlərdə klubunun heyətində 8 oyun keçirib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı onu 180 milyon avro dəyərində qiymətləndirir. Norveçlidən daha bahalı yalnız Lamin Yamal var - 200 milyon avro.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 04 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















