Icma.az
close
up
RU
Dünyanın Azərbaycana böyük marağı

Dünyanın Azərbaycana böyük marağı

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycanın ev sahibliyi ilə baş tutan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) beynəlxalq səviyyədə böyük maraq var. Bunu qonaqların sayı da təsdiqləyir. Bu günlərdə Prezident İlham Əliyev tədbirdə iştirak etmək üçün respublikamıza təşrif gətirən ayrı-ayrı ölkələrin yüksəksəviyyəli nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçirib.

Dövlətimizin başçısı ölkəmizdə səfərdə olan Bolqarıstan Prezidenti İliyana Yotovanı qəbul edib. Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən son 34 ildə  siyasi, iqtisadi, mədəni və digər sahələrdə  qarşılıqlı münasibətlər dinamik şəkildə inkişaf edib və gözəl nəticələr əldə olunub. Azərbaycanla Bolqarıstan arasında münasibətlər Prezident İlham Əliyevin 2015-ci ildə bu ölkəyə rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Bu gün Azərbaycan-Bolqarıstan əlaqələri çoxvektorlu səciyyə daşıyır. O cümlədən tərəflər arasında enerji əməkdaşlığı yüksək dinamikaya malikdir. Görüşdə “Həmrəylik Halqası” layihəsinin önəminə xüsusi diqqət çəkilib.

Azərbaycan-Bolqarıstan əlaqələrinin genişlənməsinə Heydər Əliyev Fondu da davamlı töhfələr verir. Görüşdə Prezident İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında baş tutan görüşdə dövlətimizin başçısının bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlanıb. Belqrada səfərin gündəliyi zəngin olub. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilib. 

İki ölkə arasında enerji əməkdaşlığı artıq nəzərəçarpacaq nəticələrə malikdir. Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın “Airserbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueini qəbul edib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi köklərə, mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri uğurla inkişaf edir. Xüsusilə də getdikcə genişlənən enerji əməkdaşlığı böyük perspektivə malikdir. Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin genişləndiyi məmnunluqla qeyd edilib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, həmçinin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələr üzrə inkişafı vurğulanıb.

Dərin tarixi zəmin üzərində möhkəmlənən Azərbaycan-Türkmənistan münasibətləri bu gün region üçün də nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb. Döst ölkə Azərbaycanın işğaldan azad eddilmiş ərazilərinin bərpasına  öz töhfəsini verir. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov arasında baş tutan görüşdə dövlətimizin başçısı Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi təşəbbüsünə görə bir daha təşəkkürünü bildirib və hazırda tikintinin davam etdiyini deyib. Deryageldi Orazov işğaldan azad edilmiş ərazilərimizə yenidən səfər edəcəyini və layihələrlə yerində tanış olacağını bildirib.

Prezident İlham Əliyevlə Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə ölkələrimiz  arasında əlaqələrin dinamik surətdə inkişafından məmnunluq ifadə olunub. Qeyd edək ki, WUF ilk dəfə Keniyada keçirilib. Bu ölkə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) da ev sahibliyi edir. Görüşdə Azərbaycan ilə Keniya arasında enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib, son dövrlərdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin inkişafında müsbət rolu vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevlə Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə dövlətimizin baaşçısı 180-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi bu tədbirin dünyada şəhərsalma sahəsində aktual olan müxtəlif mövzuları müzakirə etmək, həmçinin təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı fürsət olduğunu bildirib. Görüşdə Azərbaycan ilə Esvatini arasında ikitərəfli əlaqələrin inkişafı, o cümlədən enerji, mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycanla Pakistan arasında münasibətlərin dərinləşməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərrilir, həm də bunu cəmiyyətlər istəyir. Pakistanda Azərbaycana, respublikamızda isə dost ölkəyə böyük rəğbət var. Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə edilib, siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, regionlararası əməkdaşlığın inkişaf etdiyi vurğulanıb, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Azərbaycanın “ASAN xidmət” təcrübəsinə əsasən Pakistanda da mərkəzlərin yaradıldığı qeyd edilib. Dövlətimizin başçısı bu gün Azərbaycan-Pakistan əlaqələrinin üçtərəfli - Azərbaycan-Türkiyə-Pakistan formatında da inkişaf etdiyini diqqətə çatdırıb.

Müstəqil Azərbaycanla BMT-nin ayrı-ayrı strukturları, o cümlədən də Məskunlaşma Proqramı (UN-Habitat) arasında möhkəm əlaqələr qurulub. İndiyədək bu əməkdaşlıq çərçivəsində respublikamızda bir neçə dəfə milli şəhərsalma forumları keçirilib. Dövlətimizin başçısı ilə görüşdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13-lə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğulayıb. Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkəmizdə WUF13 kimi tədbirin təşkilinin önəminə toxunub. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğulayıb ki, mahiyyət etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.

Dövlətimizin başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərimizdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirib və ölkəmizin bu təcrübəni bölüşməyə hazır olduğunu deyib.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 May 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri