Dünyanın bir sıra ölkələri ASAN xidmət modeli ilə maraqlanırlar
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
""ASAN xidmət" modeli bu gün beynəlxalq təşkilatlar tərəfindən çox uğurlu bir model kimi qəbul edilib və dünyanın bir sıra ölkələri Azərbaycanın bu modeli ilə maraqlanırlar".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Milli Məclisdə müzakirələr zamanı dedi.
"Şəxsən mən özüm dəfələrlə "ASAN xidmət"in xidmətlərindən istifadə eləmişəm. Keyfiyyət, operativlik, eyni zamanda ucuz qiymət haqqında bizim hər birimizi qane edir. Bu, prezidentin təşəbbüsü ilə yaranıb və gündən-günə də onun əhatə etdiyi xidmətlərin sayı da artır. Azərbaycanın demək olar elə bir rayonu, şəhəri yoxdur ki, orada "ASAN xidmət" mərkəzi olmasın.
Gənclər çox böyük maraqla "ASAN xidmət"də çalışırlar və "ASAN xidmət" könüllüləri deyilən bir hərəkat yaranıb və gələn vətəndaşlar çətinlik çəkəndə onlara kömək edirlər", - deyə deputat qeyd etdi.
Aminə ŞAHSUVARQIZI


