Icma.az
close
up
RU
Dünyanın bu böyük şəhərləri yavaş yavaş okeana batır

Dünyanın bu böyük şəhərləri yavaş yavaş okeana batır

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

İqlim dəyişikliyinin qorxulu təsirləri artıq inkar edilə bilməz səviyyədədir. 

Qaynarinfo xəbər verir ki, NASA-nın proqnozlarına görə, dəniz səviyyəsinin artması İsgəndəriyyə, Cakarta və Mayami kimi şəhərləri udmaq təhlükəsi yaradır.

İqlim dəyişikliyi yalnız Antarktidadakı buz örtüklərinin əriməsinə səbəb olmur, eyni zamanda dünyanın müxtəlif yerlərində ciddi problemlərə yol açır. Bunun ən dramatik nəticələrindən biri isə böyük şəhərlərin okeana batma riski ilə üzləşməsidir. Bu, ifrat bir iddia kimi görünsə də, mövcud elmi dəlillər vəziyyətin getdikcə daha da ciddiləşdiyini göstərir.

NASA-nın hesablamalarına əsasən, qarşıdakı yüz il ərzində dəniz səviyyəsi 1-2 metr arta bilər. İlk baxışda bu rəqəmlər kiçik görünsə də, dünya şəhərlərinin əksəriyyətinin dəniz səviyyəsinə yaxın yerləşməsi səbəbindən cəmi 1 metrlik artım belə ciddi fəsadlara yol aça bilər. Bu təhlükə ilə üzləşən ən diqqətçəkən şəhərlərdən biri Misirin İsgəndəriyyə şəhəridir.

Akdeniz sahilində yerləşən və 5,7 milyon əhalisi olan Misirin ikinci ən böyük şəhəri İsgəndəriyyənin 2050-ci ilə qədər yarısının su altında qala biləcəyi proqnozlaşdırılır. Nil deltası boyunca suyun səviyyəsi artdıqca, həm tarixi abidələr, həm də məskunlaşmış ərazilər yox olmaq təhlükəsi ilə üzləşir.

İndoneziyanın paytaxtı Cakarta isə hər il 17 santimetr sürətlə suya batır. Şəhərin bataqlıq bir ərazidə salınması və içindən 13 çayın keçməsi bu prosesi daha da sürətləndirir. Üstəlik, Cakarta aktiv zəlzələ zonaları ilə əhatə olunub. Bu problemləri həll etmək üçün İndoneziya hökuməti 2045-ci ilə qədər Cakartanın yerinə yeni bir paytaxt inşa etməyi planlaşdırır.

ABŞ-ın Mayami şəhəri də eyni təhlükə ilə üzləşir. Mayami-Deid bölgəsinin yarısından çoxu dəniz səviyyəsindən cəmi 2 metr yüksəklikdə yerləşir. Əgər proqnozlar doğru çıxarsa, şəhərin 60%-i 2060-cı ilə qədər su altında qala bilər.

Eyni risklər Banqkok, Dəkkə, Laqos, Yanqon, Kalkutta, Manila və Quanqdonq-Honq Konq-Makao meqapolisi üçün də keçərlidir. Bu faktlar bir daha göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə həyati əhəmiyyət daşıyır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Mart 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri