Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Dünyanın buz təbəqələri ilə bağlı qorxulu həqiqət: Əvəzini milyonlarla insan ödəyəcək

Dünyanın buz təbəqələri ilə bağlı qorxulu həqiqət: Əvəzini milyonlarla insan ödəyəcək

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Buzlaqların sürətlə əriməsi artıq elm dünyasında yeni bir fakt deyil. Ancaq son elmi araşdırmalar göstərir ki, bu proses düşündüyümüzdən daha təhlükəlidir və bəşəriyyəti çox ciddi fəlakətlərlə üz-üzə qoya bilər. 

Qaynarinfo xəbər verir ki, beynəlxalq alimlər qrupu tərəfindən aparılan yeni bir tədqiqat, qlobal istiləşmənin buz təbəqələri üzərində düşündüyümüzdən daha erkən və daha dağıdıcı təsirlərə səbəb ola biləcəyini ortaya qoyub.

"Təhlükəsiz istilik həddi" belə kifayət etməyə bilər

Qrenlandiya və Antarktida buz təbəqələrinin mövcudluğunu qorumaq üçün "təhlükəsiz istilik səviyyəsi”ni müəyyənləşdirməyə çalışan alimlər peyklər, iqlim modelləri və hətta səkkizayaqlı DNT-si kimi qeyri-adi tarixi sübutlardan istifadə edərək nəticəyə gəliblər ki, sənaye öncəsi dövrə nisbətən 1,5 dərəcə istiləşmə hədəfi belə buz təbəqələrinin qorunması üçün yetərli olmaya bilər.

Halbuki, qlobal iqlim siyasətləri bu hədəfə nail olmaqla ərimənin qarşısını ala biləcəyimizi irəli sürürdü. Lakin 2100-cü ilə qədər dünya təxminən 2,9 dərəcəlik istiləşmə yolundadır ki, bu da buzlaqlar üçün ölüm hökmü deməkdir.

İllik buz itkisi 370 milyard tona çatıb

1990-cı illərlə müqayisədə buzlaqların itirdiyi kütlə dörd dəfə artıb və hazırda ildə təxminən 370 milyard ton buz əriyir. Bu, illik dəniz səviyyəsi artımında əsas amilə çevrilib və son 30 ildə bu artım sürəti iki dəfə yüksəlib. Dünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, son altı ilin beşində buzlaqlardakı ərimə rekord səviyyəyə çatıb. Yalnız 2024-cü ildə dünyada 450 milyard ton buz kütləsi itirilib – bu, qeydə alınan ən ağır dördüncü ildir.

1 metrdən az yüksəklikdə yaşayan 230 milyon insan riskdədir

Durham Universitetinin qlasioloqu Kris Stouks bildirir ki, istilik 1,5 dərəcə ilə məhdudlaşdırılsa belə, bu səviyyə buz təbəqələrinin əriməsini dayandırmayacaq. O xəbərdarlıq edir: "Bu, dünyanın sahil bölgələrində yaşayan insanlar üçün mövcudluqla bağlı bir təhdiddir".

Təxminən 230 milyon insan dəniz səviyyəsindən 1 metrdən az yüksəklikdə yaşayır və ən kiçik dəyişikliklər belə milyonlarla insanın köçünə, iqtisadi və sosial fəlakətlərə səbəb ola bilər.

Arktikada 9 milyard tondan çox buz itirilib

1975-ci ildən bu günə kimi buzlaqlar 9 milyard tondan çox kütlə itirib. Bu, Almaniya ölçüsündə və 25 km qalınlığında bir buz təbəqəsinə bərabərdir. Xüsusilə Avropanın Alp və Pireney dağlarındakı buzlaqlar son 20 ildə kütlələrinin 40%-ni itirib. 2022-2024-cü illər arasında qeydə alınan kütlə itkisi tarixdəki ən böyük üçillik buz itkisidir.

Dəniz səviyyəsindəki yüksəlmələr dünya şəhərlərini təhdid edir

Tədqiqatçılar 2100-cü ilə qədər dəniz səviyyəsinin ildə təxminən 1 sm artacağını proqnozlaşdırırlar. Bu isə bir əsrdə 1 metr deməkdir. Bristol Universitetindən alim Conatan Bamber belə bir ssenaridə "müasir sivilizasiyanın şahidi olmadığı ölçüdə böyük köç dalğalarının” olacağını deyib.

İngiltərədə dəniz səviyyəsinin 2 metrdən çox qalxması halında Hull, Peterboruq, Portsmout və Londonun şərq hissəsi kimi bölgələr su altında qala bilər. ABŞ-da isə Nyu Orleans", Huyston və Mayami kimi şəhərlər daha çox zərbə alacaq. Bu da artıq təkcə qlobal istiləşmə deyil, həm də böyük miqyaslı humanitar böhranlar deməkdir.

İqlim hədəfləri hələ də vacibdir

Tədqiqatçılar vurğulayır ki, bu nəticələr iqlim hədəflərindən imtina edilməsini deyil, əksinə daha sərt tədbirlərin görülməsinin vacibliyini göstərir. Stouks belə deyir: "1,5 dərəcə hələ də mühüm hədəfdir, lakin bu səviyyədə belə dəniz səviyyəsinin qalxmasının qarşısını tam almaq mümkün deyil".

Fosil yanacaqlarının istifadəsinin ciddi şəkildə azaldılması zəruridir. Lakin ABŞ da daxil olmaqla bir çox ölkənin hələ də neft, qaz və kömürdən imtina etməməsi vəziyyətin dəyişəcəyinə ümidləri azaldır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 05:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see235

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see153

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see153

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri