Dünyanın daha bir neçə tanınmış cüdoçusunun Bakıdakı yarışda iştirakı dəqiqləşib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyanın daha bir neçə tanınmış cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də mübarizə aparacaq. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda qadın idmançılardan isveçli olimpiya, dünya mükafatçısı Tara Babulfat (48 kq), kosovolu olimpiya çempionu, dünya mükafatçısı Distria Krasniqi (52 kq), niderlandlı dünya çempionu Coan Van Lisxaut (63 kq) tatami üzərinə çıxacaqlar.
Kişilərdən tacikistanlı dünya, olimpiya mükafatçısı Somon Maxmadbekov (81 kq) ilə rusiyalı dünya, olimpiya mükafatçısı Tamerlan Başayev (+100 kq) də medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında keçiriləcək. Daha əvvəl Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçularının turnirdə iştirak edəcəyi açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 06 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















