Icma.az
close
up
RU
Dünyanın damı yaşıllaşır: Hər il 7 metr yuxarı qalxır

Dünyanın damı yaşıllaşır: Hər il 7 metr yuxarı qalxır

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Himalayın qar örtüyü ilə örtülmüş zirvələri iqlim böhranı səbəbindən rəngini dəyişir. Son 20 ildə bitki örtüyü hər il daha yüksək nöqtələrə doğru irəliləyərək buzlaqları "yaşıla boyayır".

Milli.Az xəbər verir ki, Ekseter Universitetinin tədqiqatçıları peyk məlumatlarına əsasən müəyyən ediblər ki, əvvəllər yalnız buz və çılpaq qayalıqdan ibarət olan ərazilərdə artıq bitkilər yetişir.

Himalayda bitki örtüyü sərhədi ildə orta hesabla 7 metr yuxarıya doğru sürüşür.

Tədqiqat Hindistanın Ladax bölgəsindən Butana qədər uzanan altı fərqli ərazini əhatə edib.

1999-2022-ci illər arasındakı təhlillərə görə, ən sürətli dəyişiklik Nepalın Mantanq bölgəsində, ən yavaş yüksəliş isə Everest ətrafındakı Xumbu bölgəsində qeydə alınıb.

Himalay qlobal orta göstəricidən daha sürətli isinir.

Artan temperaturlar qar örtüyünün nazilməsinə və bitkilərin böyümə mövsümünün uzanmasına səbəb olur.

Bəzi bölgələrdə (Xumbu və Butan) yaşıllaşma ilə yanaşı, bitki örtüyünün xüsusiyyətlərinin dəyişdiyini göstərən "saralma" halları da müşahidə edilib.

Himalay Asiyada milyonlarla insanın su ehtiyacını ödəyən çayların mənbəyidir.

Bitki örtüyünün yüksəkliklərə yayılması qarın yerdə qalma formasını, torpağın rütubətini və suyun axın nizamını dəyişdirərək su təhlükəsizliyinə təsir edə bilər.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 May 2026 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri