Dünyanın ən ağıllı ölkələri... İsveçrə birinci, Finlandiya onuncudur
Icma.az bildirir, Reyting.az-ə istinadən Dünyanın ən ağıllı ölkələri... İsveçrə birinci, Finlandiya onuncudur.
“Forbes” jurnalı dünyanın ən ağıllı ölkələrinin adlarını açıqlayıb. Reytinq müxtəlif meyarlar, o cümlədən Nobel mükafatına namizədlər, ali təhsil səviyyəsi və rezidentlərin orta İQ-si əsasında müəyyən olunub.
Reyting.az xəbər verir ki, meyarlara əsasən Avropa ölkələri siyahıda üstünlük təşkil edir.
Yalnız üçüncü yerdə qərar tutan ABŞ ilk 10-luqda təmsil olunan yeganə qeyri-Avropa ölkəsidir. İsveçrə 99,24 orta İQ və çox yüksək təhsil səviyyəsi ilə birinci yerdədir. Britaniya ikinci, ABŞ isə üçüncü yeri bölüşür.
Bu sıralamada hər bir ölkənin intellektual göstəriciləri kəmiyyət meyarları ilə qiymətləndirilərkən, zəkanın təkcə statistika ilə məhdudlaşmadığı vurğulanır.
Araşdırmada qeyd olunur ki, yaradıcılıq, mədəniyyət, fikir azadlığı və sosial-iqtisadi imkanlar kimi digər amillər də ölkənin intellektual inkişafına təsir edən mühüm elementlərdir.

V. QULİYEV
