Icma.az
close
up
RU
Dünyanın ən bahalı 5 yaxtası FOTOLAR, QİYMƏTLƏR

Dünyanın ən bahalı 5 yaxtası FOTOLAR, QİYMƏTLƏR

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən zəngin insanlarının sərvətini nümayiş etdirmək üçün seçdiyi lükslərdən biri də superyaxtalardır. Dənizlərdə üzən bu nəhəng və təmtəraqlı gəmilər xüsusi texnologiyalar və dizaynla hazırlanır. Bir çox hallarda sahibkarlar yaxtalarının dəqiq görünüşünü və imkanlarını gizli saxlayır. Lakin bəzi yaxtaların qiymətləri və özəllikləri ictimaiyyətə məlum olduqca geniş maraq doğurur. Son onilliklərdə bu sahəyə maraq artdıqca, superyaxtalar lüks həyat tərzinin ayrılmaz hissəsinə çevrilib. Bəs dünyanın ən bahalı yaxtaları nə qədər dəyərləndirilir?

Ölkə.az Valyuta.az-a istinadən dənizlərdə üzən beş ən bahalı superyaxtanın siyahısını təqdim edir. 

1. "History Supreme" — 4,8 milyard dollar - 8,16 milyard AZN

Bu yaxta heç vaxt əsas limanlarda müşahidə edilməyib və onun real mövcudluğu şübhə doğurur. Bəzi iddialara görə, bu sadəcə reklam hiyləsidir. Malayziyanın ən varlı şəxsi Robert Kuoka məxsus olduğu iddia olunan bu 100 futluq yaxta Britaniyada dizayner Stüart Hyuz tərəfindən hazırlanıb. Qiymətini isə onun qeyri-adi bəzəkləri formalaşdırır: tiranosavr skeletindən hazırlanmış heykəl, 18,5 karatlıq almazla bəzədilmiş içki butulkası, meteorit və 24 karatlıq qızıldan hazırlanmış panoramik akvarium divarına sahib yataq otağı. 

2. "Eclipse" — 1,5 milyard dollar - 2,55 milyard AZN

533 futluq bu yaxta həmçinin dünyanın ikinci ən böyük şəxsi yaxtası hesab olunur. Bu yaxta Rusiya milyarderi Roman Abramoviçə məxsusdur. "Terry Disdale" tərəfindən dizayn olunub və "Blohm + Voss" tərəfindən inşa edilib. Yaxtada 24 qonaq kabinası, iki hovuz, iki helikopter meydançası və bir neçə cazuzi var. Təhlükəsizlik üçün raket aşkarlama sistemi, əsas otaq və kapitan körpüsü üçün gülləkeçirməz pəncərələr, paparassilərə qarşı qoruyucu ekran və fövqəladə hallar üçün 50 metr dərinliyə dalmaq imkanı olan mini sualtı qayıq mövcuddur.

3. "Azzam" — 600 milyon dollar - 1 milyard 20 min AZN

590 fut uzunluğundakı bu gəmi dünyanın ən böyük şəxsi yaxtası hesab olunur və saatda 35 mil sürətə çata bilir. Bu sürəti təmin etmək üçün iki qaz turbininə və güclü dizel mühərriklərinə ehtiyac duyulub. Yaxtanın BƏƏ-nin mərhum prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyana məxsus olduğu güman edilir. Xarici dizaynı "Nauta Yacht", interyeri isə fransız dizayner Kristof Leoni tərəfindən hazırlanıb. "Lürssen" tərəfindən inşa olunan bu yaxtanın fərqləndirici cəhətləri XIX əsr imperiya üslubunda mebelləri və tam gülləkeçirməz əsas otaqla yanaşı, raket əleyhinə müasir müdafiə sistemidir.

4. "Topaz" — 527 milyon dollar - 895,9 milyon AZN

483 futluq bu yaxta forma etibarilə sanki bir gizli bombardmançıya bənzəyir və onun sahibi Rusiyanın gübrə və kömür maqnatı Andrey Melniçenko hesab olunur. Xarici dizaynı "Tim Heywood Design Ltd.", interyeri isə "Terence Disdale Design" tərəfindən hazırlanıb. Almaniyanın "Lürssen" şirkəti tərəfindən inşa edilən bu yaxtada 2 500 kvadrat futluq əsas yataq otağı, hər biri birləşdirilə bilən altı qonaq otağı, Fransız kristallarından hazırlanmış qab-qacaq, helikopter anqarı, 30 futluq sürətli qayıq və üç hovuz var. Hovuzlardan biri disko zalının üzərində şüşə altlıqla yerləşir.

5. "Dubai" — 400 milyon dollar - 680 milyon AZN

531 fut uzunluğundakı bu yaxta Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma məxsusdur. Əvvəlcə Bruney şahzadəsi Ceffri Bolkia üçün nəzərdə tutulsa da, o, 2001-ci ildə müqaviləni ləğv edib. Xarici dizaynı "Andrew Winch", interyeri isə "Platinum Yachts" tərəfindən hazırlanmış bu Almaniya istehsalı "Blohm + Voss" yaxtası bir neçə cazuzi, əl işi mozaikadan hazırlanmış və 115 nəfəri qəbul edə bilən hovuz, dairəvi pilləkən, diskoteka zalı, skvoş meydançası, kinoteatr, 90 nəfərlik yemək zalı, helikopter meydançası və sualtı qayıqla təchiz olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Avqust 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri