Icma.az
close
up
RU
Dünyanın ən bahalı dondurması Bir porsiyası təxminən 11.390 manat

Dünyanın ən bahalı dondurması Bir porsiyası təxminən 11.390 manat

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsti yay havalarında dondurmalar əvəzolunmazdır. Ancaq bəzi dondurmalar var ki, onları yemək sizi sərinlətsə də, qiymətini bilmək sizi qızdıracaq. Onlardan biri də "Byakuya" adlı dondurmadır. Əgər bu dondurmanı yeməyi düşünürsünüzsə, diqqətli olun, bir qaşıq belə bəlkə də bir neçə ilin yayında yeyəcəyiniz bütün dondurmalardan baha başa gələ bilər.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, Yaponiyanın premium dondurma brendi "Cellato" tərəfindən hazırlanan və nadir ağ trüf ilə sake mayasının birləşməsindən ibarət olan "Byakuya" adlı dondurma "Guinness Dünya Rekordları"na əsasən dünyanın ən bahalı dondurması elan edilib. Bu lüks desertin bir porsiyası 873.400 yen (təxminən 6.696 ABŞ dolları) dəyərində qiymətləndirilir. 

Dünyaca tanınan inqrediyentlərlə hazırlanıb

Bu dondurma Avropa və Yapon mətbəxlərinin nadir inqrediyentlərini birləşdirən qeyri-adi bir kulinariya təcrübəsidir. "Byakuya" dondurmasının əsas komponenti İtaliyanın Alba şəhərindən gətirilən nadir ağ trüf göbələyi dünya üzrə ən bahalı qida məhsullarından biri hesab olunur. Bu inqrediyentin 1 kiloqramı 15.000 dollardan baha ola bilər. 

Dondurmanın tərkibinə, həmçinin İtaliyanın məşhur və uzunmüddətli yetişdirilən "Parmigiano Reggiano" pendiri və Yaponiyada sake istehsalı zamanı əldə olunan “sake lees” adlı xüsusi fermentasiya məhsulu da daxildir. Bu inqrediyentlər desertə əlavə dərinlik və umami dadı qatır.

1,5 illik kulinariya araşdırması

"Byakuya"nın hazırlanması sıradan bir mətbəx sınağı olmayıb. "Cellato" Osakada yerləşən və fransız-yapon mətbəxi üzrə tanınan "RiVi" restoranının baş aşpazı Tadayosi Yamada ilə əməkdaşlıq edib. Bu unikal desertin inkişaf etdirilməsi üçün 1,5 ildən çox müddət ərzində dad balansı, inqrediyentlərin seçimi və texniki incəliklər üzərində çalışılıb.

Aşpaz Yamada bildirib: “Biz bu desertdə Yapon və Avropa kulinariya ənənələrinin ən yaxşı cəhətlərini bir araya gətirməklə lüksün zirvəsini əks etdirmək istədik”.

Çoxhissəli təcrübə

"Byakuya" təkcə dad üçün deyil, həm də duyğular üçün nəzərdə tutulmuş təcrübədir. Hər porsiya zərif qara qabda təqdim olunur və əl işinə aid xüsusi metal qaşıqla birlikdə verilir. Şirkət bildirir ki, məhsul yalnız dad deyil, həm də ətir, tekstura və vizual baxımdan qlobal dad dünyasına yeni baxış gətirir.

Qlobal kulinariya nailiyyəti

Məhdud sayda satışa çıxarılan bu desert və əldə etdiyi dünya rekordu ilə "Byakuya" artıq lüks desert sevərlər və qastronomiya həvəskarlarının diqqətini cəlb edib. "Cellato"nun sözçüsü bu deserti “kulinariya sənətinin təkamülünə sübut” kimi xarakterizə edərək Yaponiyanı innovativ qastronomik ustalığın ön cərgəsinə çıxardığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri