Dünyanın ən bahalı şəhəri seçildi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Qlobal daşınmaz əmlak bazarında qiymətlər rekord həddə çatmağa davam edir.
“Qafqazinfo” xəbər verir ki, yeni hesabatlara görə, dünyanın ən bahalı şəhəri kimi Monako yenidən ön sıralarda yer alıb.
Burada daşınmaz əmlak o qədər bahalaşıb ki, böyük məbləğlərə belə yalnız çox kiçik sahələr almaq mümkündür.
Məlumata əsasən, təxminən 1 milyon dollar (təxminən 1,7 milyon manat) qarşılığında Monakoda əldə edilə bilən yaşayış sahəsi cəmi 16 kvadratmetrdir. Bu ölçü hətta standart bir hotel otağından da kiçik hesab olunur.
Bildirilir ki, knyazlıqda daşınmaz əmlakın orta kvadratmetr qiyməti təxminən 62 min dollar (təxminən 105 min manat) səviyyəsinə yüksəlib. Bu isə Monakoda ev sahibi olmağın artıq yalnız yüksək sərvət sahibləri üçün mümkün olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 Aprel 2026 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















