Dünyanın ən bahalı şirkəti məlum oldu: Apple birinciliyini itirdi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin "Microsoft Corporation" texnologiya nəhəngi əsas rəqibi "Apple Inc."in səhmlərinin son dörd ticarət sessiyasında 23% düşməsindən sonra dünyanın ən bahalı şirkəti adını özünə qaytarıb.
Oxu.Az bu barədə "İnterfaks"a istinadən xəbər verir.
8 aprel ticarətinin nəticələrinə görə, "Microsoft"un bazar kapitallaşması 2.64 trilyon dollar təşkil edib, "Apple"ın dəyəri isə 2.59 trilyon dollara düşüb.
Ekspertlər "iPhone" istehsalçısının səhmlərinin kəskin düşməsini investorların ABŞ və Çin arasında ticarət müharibəsinin eskalasiyası ilə bağlı narahatlıqları ilə əlaqələndirirlər.
İsveçrə bankı UBS-in analitikləri proqnozlaşdırırlar ki, "Apple" ÇXR-dən gələn mallara yüksək idxal rüsumlarının tətbiqindən digər şirkətlərə nisbətən daha çox zərər çəkəcək, çünki şirkətin "iPhone" smartfonları da daxil olmaqla məhsullarının əhəmiyyətli hissəsi Çin ərazisində istehsal olunur. Onların hesablamalarına görə, ABŞ-də flaqman "iPhone 16 Pro Max" modelinin qiymətləri 350 dollar arta bilər.
"Microsoft", əksinə, bizim fikrimizcə, ticarət rüsumlarının yaratdığı qeyri-müəyyənlikdən daha yaxşı qorunan şirkətlər arasındadır", - deyə "Jefferies" investisiya bankının ekspertləri qeyd edirlər.
Diversifikasiya olunmuş biznes və Çində istehsaldan daha az asılılıq sayəsində "Microsoft" səhmləri geosiyasi gərginlik şəraitində daha böyük dayanıqlılıq nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, "Microsoft" artıq 2024-cü ilin yanvarında, həmçinin 2021-ci ildə dünyanın ən bahalı şirkəti olmuşdu, lakin sonradan liderliyi "Apple"a vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















