Icma.az
close
up
RU
Dünyanın ən bahalı xurması: Onlar haqqında nə bilirik?

Dünyanın ən bahalı xurması: Onlar haqqında nə bilirik?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyada xurma istehsalına görə ilk yerləri Misir, Səudiyyə Ərəbistanı və Əlcəzair tutur. 

"Cebheinfo.az" xəbər verir ki, bu üç ölkə dünyadakı xurmanın yarısını yetişdirir. Ramazan ayında müsəlmanlar oruclarını açmaq üçün su içərək xurma yeyirlər. Bu meyvə əsrlərdir ki, Yaxın Şərqdə və İslam dünyasında böyük dəyər qazanıb. Təzə və ya qurudulmuş halda xurma vitamin, mineral və liflə zəngindir. Həmçinin, güclü antioksidant mənbəyidir və tərkibində yüksək miqdarda təbii şəkər (fruktoza) olduğu üçün enerji verici qidadır. 

Bazarlarda müxtəlif növ xurmalara rast gəlmək olar. Onlar dadına, ölçüsünə və teksturasına görə fərqlənir. Onlardan bəzilərini sizə təqdim edirik. *Medjool – Böyük ölçülü, çox şirin, yumşaq və kəhrəba rəngində ətirli xurma növüdür. 

*Mabrum – Digər xurmalara nisbətən az şirin, uzunsov formada, qırmızımtıl-qəhvəyi rəngdə və bir qədər çeynənməsi çətin olan növdür. 

*Əcvə – Yumşaq, ətli və demək olar ki, şirəli toxuması ilə seçilən bu xurma çox şirindir. Müsəlmanlar arasında xüsusi dəyərə malikdir, çünki yalnız Səudiyyə Ərəbistanının Mədinə şəhərində yetişdirilir. 

*Deqlet Nur – Orta ölçülü, açıq rəngdədir, bişirmə və müxtəlif yeməklərdə istifadə üçün idealdır. 

*Piyarom – Daha tünd rəngdə, zəngin dada malik, nisbətən quru və özünəməxsus ləzzəti ilə tanınan bir növdür. 

Xurmalar min illərdir yetişdirilir. Xurma ağacları həm kişi, həm də dişi ola bilər və yalnız dişi ağaclar meyvə verir. Düzgün qulluq edildikdə, xurma ağacı 100 ildən çox yaşaya bilər. Yetkin bir xurma ağacı isə hər mövsüm 100 kq-dan çox, yəni təxminən 10000 xurma verə bilər. Əcvə xurması dünyanın ən bahalı xurması hesab olunur. 2022-ci ildə dünyada təxminən 10 milyon ton xurma istehsal olunub.Xurma ağacları isti və uzun yay olan bölgələrdə yaxşı yetişir. Dünyada ən çox xurma istehsal edən ölkələr: Misir – dünya istehsalının 18%, Səudiyyə Ərəbistanı – 17%, Əlcəzair – 13%. Xurma həm ləzzətli, həm də qidalandırıcıdır. 

Səbinə Uğur 
"Cebheinfo.az"

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Mart 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri