Dünyanın ən böyük elektrik təyyarəsi istifadəyə verilir
Icma.az, Axar.az saytına istinadən bildirir.
Avtomobillərdən sonra təyyarələrin də elektrikləşdirilməsi prosesi başlayıb. İsveçdə yerləşən “Heart Aerospace” şirkəti gələn ilin əvvəlində dünyanın ən böyük tam elektrik sərnişin təyyarəsini istifadəyə verəcək.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, “Heart X1” adlı təyyarə 2025-ci ilin əvvəlində Nyu Yorkun şimalındakı “Plattsburq” Beynəlxalq Hava Limanından havaya qalxacaq.
Bu, aviasiya dünyasında ekoloji cəhətdən təmiz gələcəyə doğru atılan mühüm addımdır.
Şirkət tərəfindən hazırlanan təyyarə gələcəkdə kommersiya uçuşları üçün istifadə ediləcək 30 sərnişinlik “ES-30” modelinə bənzər ölçülərə malikdir.
Təyyarənin qanadlarının uzunluğu 32 metrdir və qısa məsafədən uçuş və eniş üçün xüsusi olaraq optimallaşdırılmış elektrik mühərrikləri ilə təchiz edilib.
Baxış sayı:79
Bu xəbər 08 Dekabr 2024 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















