Dünyanın ən böyük qızıl yatağı KƏŞF EDİLDİ 1100 ton ehtiyatı var
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
Çində dünyanın ən böyük qızıl yatağı kəşf edilib.
Sfera.az xəbər verir ki, yeni yataq hazırda istismar olunan qızıl mədəninin daha dərin hissələrində tapılıb. Mütəxəssislərin "super nəhəng" adlandırdıqları qızıl yatağının sözügedən bölgədə dünyanın ən böyük qızıl filizi yatağı olduğu məlum olub.
Son illərdə qızılın qiymətinin artması dünyanın bir çox ölkəsini yeni ehtiyat axtarışına sövq etdiyi halda, bu sahədə aparıcı ölkələrdən biri olan Çin tarixi kəşf edib. Hazırda Çində qızıl mədəni olaraq istifadə edilən ərazidə dərin araşdırmalar aparan geoloqlar, sözügedən ərazidə tarixin ən böyük qızıl filizi yatağı aşkar ediblər. İlk araşdırmalara görə, yeni yataqda 1100 ton qiymətli metal var.
Çin dövlət mediası mövzu ilə bağlı xəbərlərində qızıl yatağının maliyyə dəyərinin təxminən 83 milyard dollar olduğunu vurğulayıb.
Vasif
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















