Dünyanın ən çox satılan avtomobili açıqlandı: nə Hyundai, nə də Tesla!
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ilin ilk doqquz ayına aid qlobal avtomobil satış rəqəmləri açıqlanıb. Elektrikli avtomobillərin sürətli yüksəlişi davam etsə də, Tesla Model Y bu il dünya birincisi ola bilməyib. Bir çox avtomobil həvəskarını təəccübləndirən lider model isə Toyota RAV4 olub.
Milli.Az xəbər verir ki, Toyota RAV4, Toyota Corolla və Ford F-Series 2025-ci ilin ən çox satılan ilk üç avtomobili kimi siyahının zirvəsində yer alıb. Tesla Model Y isə ümumi sıralamada dördüncü olub.
2025-ci ilin ilk doqquz aylıq satış göstəricilərinə əsasən, Toyota RAV4 dünya üzrə ən çox satılan avtomobil titulunu yenidən qoruyub. Model, ötən illə müqayisədə 1,5% artım əldə edərək qlobal bazarda 2,5%-lik payını saxlayıb.
Mütəxəssislər RAV4-ün uğurunu aşağıdakı amillərlə izah edir:
Yüksək yanacaq qənaəti Etibarlı və dayanıqlı konstruksiya Aşağı servis və saxlanma xərcləriDünyada ən çox satılan 10 avtomobil (2025 - ilk 9 ay)
Toyota RAV4
Toyota Corolla
Ford F-Series (pickup)
Tesla Model Y
Honda CR-V
Chevrolet Silverado (pickup)
Toyota Camry
Hyundai Tucson
Toyota Hilux (pickup)
Kia Sportage
2025-ci il satışlarında Toyota markası güclü performans nümayiş etdirib. Corolla və RAV4 ilk iki pilləni bölüşdürərkən, Ford F-Series üçüncü olub. Tesla Model Y elektrikli avtomobillər arasında lider olsa da, ümumi qlobal satış sıralamasında dördüncü yeri tutub.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 09 Dekabr 2025 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















