Icma.az
close
up
RU
Dünyanın ən çox ziyarət edilən muzeyi bağlanmaq üzrədir

Dünyanın ən çox ziyarət edilən muzeyi bağlanmaq üzrədir

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyinin həmkarlar ittifaqları tətilə başlayacaqlarını elan ediblər.

Banco.az xəbər verir ki, işçilər muzeydə təcili təmir işlərinin aparılmasını, işçi sayının artırılmasını və yanvar ayından etibarən Aİ xaricindən gələn ziyarətçilər üçün planlaşdırılan bilet qiymət artımının ləğv edilməsini tələb edirlər.

Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr son aylarda ardıcıl qalmaqallar, texniki problemlər və təhlükəsizlik böhranları ilə gündəmdədir. Tətil səbəbindən muzeyin Milad dövründə qismən və ya tamamilə bağlanma riski yarandığı bildirilir.

İttifaqlar illərdir davam edən ixtisarların və dövlət investisiyalarının azalmasının Luvrdakı mövcud böhranı daha da dərinləşdirdiyini bildirirlər. Məlumata görə, muzey ötən il 8,7 milyon ziyarətçi qəbul edib, lakin 2015-ci ildən bu yana 200 nəfər işdən çıxarılıb. İşdən çıxarılanların əhəmiyyətli hissəsini mühafizəçilər təşkil edir.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Tətilin əsas səbəblərindən biri də bilet qiymətləri ilə bağlı qərardır. Yanvar ayından etibarən Aİ xaricindən gələn ziyarətçilər üçün biletin qiymətinin 32 avroya qaldırılması planlaşdırılır ki, bu da 45 faiz artım deməkdir. Həmkarlar ittifaqları bu addımı ayrı-seçkilik kimi qiymətləndirir.

Son aylarda Luvr bir neçə ciddi insidentlə üzləşib. Oktyabrın 19-da dörd nəfər gündüz vaxtı muzeyə daxil olaraq cəmi yeddi dəqiqə ərzində təxminən 88 milyon avro dəyərində Fransa kral zinət əşyalarını oğurlayıb. Oğurlanan əşyalar hələ də tapılmayıb, dörd şübhəli saxlanılıb və istintaq aparılır.

Noyabr ayında isə Misir bölməsində partlamış borudan sızan su nəticəsində 300–400 nadir tarixi kitab zədələnib. Daha sonra tavan təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən qədim yunan keramikalarının nümayiş etdirildiyi doqquz otaqlı qalereya bağlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://banco.az
archiveBu xəbər 16 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri