Dünyanın ən dadlı mətbəxləri açıqlandı Azərbaycan neçəncidir?
Modern.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci il üçün dünyanın ən ləziz və dadsız mətbəxlərinin reytinqi dərc edilib.
Modern.az "World Population Review" jurnalına istinadən xəbər verir ki, araşdırmaya görə, 99 ölkə arasında ən dadlı mətbəx Yunanıstana məxsusdur. Onu İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin izləyir. Nəşr qeyd edir ki, Yunan mətbəxi sadəliyi, düzgün hazırlanması və təzə inqrediyentlərdən istifadəsi ilə seçilir.
Azərbaycan mətbəxi reytinqin ortalarında, 56-cı pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələri arasında Gürcüstan ən yüksək yerdədir və 30-cu yerdə qərarlaşıb. Rusiya 34-cü, Litva 39-cu, Ukrayna 43-cü, Belarus 75-ci və Latviya 78-ci yerdədir.
Qazaxıstan və Ermənistanın yeməkləri ən zəiflər arasında yer alı. Belə ki, 99 ölkə arasında onlar 92-ci və 93-cü yerləri tutub. Ən dadsız yeməklər isə Nikaraqua, Laos və Boliviyaya aiddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 30 Yanvar 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















