Icma.az
close
up
RU
Dünyanın ən dəyərli avtomobil istehsalçıları açıqlanıb SİYAHI

Dünyanın ən dəyərli avtomobil istehsalçıları açıqlanıb SİYAHI

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Dünyanın ən dəyərli avtomobil istehsalçıları açıqlanıb.

Avtosfer.az xəbər verir ki, dünyanın ən dəyərli 50 avtomobil istehsalçısı siyahısında bazar dəyəri 1 milyard dolları aşan şirkətlər yer alıb. 

Saytdakı məlumatlara görə, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla 1,37 trilyon dollarlıq bazar dəyəri ilə siyahıda birinci yerdədir. İlon Maska məxsus Tesla, elektrikli avtomobillərin dizaynı, istehsalı və satışı ilə məşğul olan bir avtomobil şirkəti kimi seçilir.

Siyahıda ikinci yerdə 240 milyard dollarla Toyota, üçüncü yerdə 111,9 milyard dollarla Xiaomi, dördüncü yerdə isə 110,1 milyard dollarla BYD qərarlaşıb. Ferrari 78,2 milyard dollarla 5-ci, Porsche 58,4 milyard dollarla 6-cı, Mercedes-Benz isə 57,7 milyard dollarla 7-ci yerdədir.

Siyahıda 56 milyard dollarla General Motors 8-ci, BMW 52,4 milyard dollarla 9-cu, Volkswagen isə 50,7 milyard dollarla 10-cu yerdədir.

Xioami siyahıda 3-cü yerdə olsa da, şirkətin gəlirlərinin böyük hissəsi digər texnologiya məhsullarından əldə edilir. 2021-ci ildə elektrikli avtomobil istehsalına başlayacağını açıqlayan şirkət, keçən il "SU7" adlı elektrikli idman avtomobil modelini təqdim edib.

Ən dəyərli 50 avtomobil istehsalçısından 17-si çinlidir

Dünya avtomobil sənayesi elektromobil istehsalının artması ilə böyük bir transformasiya yaşayır. Qlobal bazarın görkəmli oyunçularının siyahısına təkcə klassik istehsalçılar deyil, həm də elektromobil istehsalına böyük sərmayələr qoyan yeni nəsil şirkətlər daxildir.

Elektrikli avtomobil texnologiyalarında baş verən bu dəyişiklik sektorda rəqabət balansını kökündən dəyişir. Ənənəvi avtomobil nəhəngləri innovativ modellər və sürücüsüz texnologiyalarla bazar paylarını qorumağa çalışsalar da, Çin şirkətlərinin yüksəlişi diqqət çəkir.

Ən yüksək bazar dəyərinə malik ilk 50 avtomobil istehsalçısından 17-si Çin, 8-i Yaponiya, 6-sı Amerika, 4-ü Almaniya və 3-ü Hindistan şirkətidir.

Siyahıya Cənubi Koreya, İsveç, Türkiyə və Tayvandan iki, Fransa, İtaliya, Hollandiya və Vyetnamdan isə bir şirkət daxildir.

Dünyanın ən dəyərli avtomobil istehsalçıları 

(marja.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Yanvar 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri