Icma.az
close
up
RU
Dünyanın ən əlçatmaz nöqtəsi: Yerin nüvəsindən qızıl axır

Dünyanın ən əlçatmaz nöqtəsi: Yerin nüvəsindən qızıl axır

Icma.az, News24 saytına istinadən bildirir.

Havay adalarında (ABŞ) vulkanik süxurların ilk dəfə analizi qızıl və digər qiymətli metalların Yer kürəsinin nüvəsindən səthə sızdığını üzə çıxarıb.

News24.az xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.

Yeni araşdırmaya görə, Yerdəki qızıl və rutenium kimi qiymətli metal yataqlarının 99,99 faizdən çoxu bəşəriyyətin əli çatmayan 3000 kilometrlik bərk səthin altında - Yerin metal nüvəsində toplanıb.

Elmi məqalədə bildirilir ki, planet 4,5 milyard il əvvəl yarananda qiymətli metallar nüvədə yığılıb. Araşdırma nəticəsində məlum olub ki, Havay adalarındakı vulkanik bazalt süxurlarında qiymətli metalların konsentrasiyası mantiya ilə müqayisədə qat-qat yüksəkdir.

Tədqiqatın həmmüəllifi, Almaniyanın Göttinqen Universitetindən Nils Messlinq deyir:

“Əldə etdiyimiz məlumatlar qızıl və digər qiymətli metallar daxil olmaqla, nüvədəkı materialların yuxarıdakı mantiyaya sızdığını təsdiqləyir. İlk nəticələr əldə ediləndə qızıl tapdığımızı anladıq”.

Tədqiqatın nəticələri göstərir ki, Yerin nüvəsi əvvəllər düşünüldüyü kimi təcrid olunmuş vəziyyətdə deyil. Vaxtilə onun əlçatmaz olduğu düşünülürdü, amma vulkan püskürmələri zamanı nüvədəki materiallar səthə atılır.

Elm adamları söyləyirlər ki, nüvə-mantiya sərhədindən bir neçə yüz katrilyon metrik tondan çox qızdırılmış material Yerin səthinə qalxaraq, Havay kimi okean adalarını əmələ gətirir. Bu həm də o deməkdir ki, dünyanın qızıl və digər qiymətli metal ehtiyatlarının ən azı bir hissəsi nüvədən gəlir./Teleqraf

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 May 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri