Icma.az
close
up
RU
Dünyanın ən gözəl qadınının adı açıqlandı FOTOLAR

Dünyanın ən gözəl qadınının adı açıqlandı FOTOLAR

Icma.az, Sfera.az saytına istinadən bildirir.

“Kabus” və “Maddə” filmlərinin ulduzu, 62 yaşlı amerikalı aktrisa Demi Mur dünyanın ən gözəl qadını seçilib.

Brüs Uillisin keçmiş həyat yoldaşına bu adı “People” jurnalı verib.
 

Sfera.az bildirir ki, məşhur ulduz nəşr üçün çəkilmiş fotosessiyadan kadrları “İnstaqram”da paylaşıb.
 

Şəkillərdə Demi Mur uzun saçlarını toplayıb, şalvar kostyumu və zərif paltarları ilə poza verib. Fotolardan birində məşhura sahibi ilə tez-tez gəzintiyə çıxan iti Plov da qoşulub.


Demi Mur etiraf edib ki, o, indi ideala can atmaqdan daha çox sahib olduğu şeylərə dəyər verir.
 

"Vücudumun keçdiyi hər şeyə və məni indi hara apardığına görə daha çox qiymət verirəm. Bu o demək deyil ki, bəzən güzgüyə baxıb "Aman Tanrım, mən qocalmışam" və ya "Üzüm sallanıb" deyə düşünmürəm, əlbəttə ki, belədir. Amma bu gün başa düşürəm ki, bu, səyahətimin sadəcə bir hissəsidir. Ən əsası isə, artıq mənim kimin rolu olduğunu, ya da kimə dəyər verdiyimi müəyyən etmir."
Xüsusən də ekran ulduzu artıq pəhrizlərlə özünə işgəncə vermir, sağlam həyat tərzi keçirməyə çalışır.
 

"Əvvəllər özümə işgəncə verirdim. Malibudan Paramounta velosiped sürmək kimi çılğın şeylər. Görünüşümə xüsusi diqqət yetirirdim. Amma bu gün gördüyüm ən böyük fərq odur ki, yanaşmam indi sağlamlıq, uzunömürlülük və həyat keyfiyyətinə əsaslanır. Özümə qarşı daha mülayim oldum. Əvvəllər çox sərt idim - bədənimlə münasibətim demək olar ki, antaqonist idi" - deyə Demi bildirib.
 

Qeyd edək ki, 2024-cü ildə Kann Film Festivalında premyerası olan "Maddə" filmindəki məşhur rolundan sonra Demi Mur karyerasında ilk Qızıl Qlobusu, Ekran Aktyorları Gildiyası Mükafatını aldı. Aktrisa “Oskar” da qazana bilərdi, lakin həmin mart axşamı heykəlciyi "Anora" filminin baş aktrisası Mikey Madison aldı.
Qeyd edək ki, 2024-cü ildə dünyanın ən gözəl qadını adını aktrisa Sofiya Verqara alıb. Bir vaxtlar isə Culiya Roberts beş dəfə “People” jurnal nömrəsinin üz qabığını bəzəyib.

Aynil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:378
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Aprel 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri