Icma.az
close
up
RU
Dünyanın ən güclü 5 yedək gəmisi: Ölçüləri və imkanları

Dünyanın ən güclü 5 yedək gəmisi: Ölçüləri və imkanları

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Yedək gəmiləri dənizdə "İsveçrə çaxmaqdaşı" adlandırılır. Bu güclü gəmi növləri müxtəlif ölçülərdə istehsal olunur və aviasiya daşıyıcıları, kruiz laynerləri kimi nəhəng gəmilərin limanlarda manevr etdirilməsindən tutmuş xilasedici əməliyyatlara qədər müxtəlif funksiyalar yerinə yetirir. Bəs bu gəmilər nə qədər güclüdür və dünyanın ən güclü buksirləri hansılardır? 

Qaynarinfo xəbər verir ki, bu suallara "Slashgear” cavab verib.

Güc göstəricisini müəyyənləşdirmək üçün "bollard pull” adlı parametrlərdən istifadə olunur. Bunun üçün yedək güclü bir şvartoqa bağlanır, mühərriklər maksimum gücdə işə salınır və dartma gücü ölçülür. Adətən 30 saniyəlik maksimum yük testi və beş dəqiqəlik orta güc testi aparılır.

Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus kiçik "Boomin Beaver” yedək gəmisinin dartma gücü təxminən 7 500 funtdur. Dünyanın ən güclü yedək gəmisi olan "Island Victory" isə 477 ton dartma gücünə malikdir.

Məqalədə "Island Victory" və daha dörd ən güclü buksir təsvir olunur.

1. "Island Victory" - Dünyanın ən güclü yedək gəmisi 

Norveç istehsalı "Island Victory" 2020-ci ilin fevralında istifadəyə verildiyi gündən ən güclü buksir titulunu qoruyub saxlayır. Bu gəmi rəsmi şəkildə çoxfunksiyalı ofşor gəmi kimi təsnif edilir.

Mənbəyə görə, o, buksirləmə ilə yanaşı, 250 tonluq kranla iri lövbərləri və zəncirləri qaldıra bilir, uzaqdan idarə olunan sualtı aparatlara baza rolunu oynaya bilir və dərinlikdə montaj işləri apara bilər. Gəmidə helikopter meydançası var və 110 nəfər yerləşdirilə bilər.

Əsas xüsusiyyəti isə gücüdür. Gəminin uzunluğu 405 futdur (təxminən 123 metr). Ümumi gücü 42 880 a.g. olan iki ədəd "Rolls-Royce Bergen B32” əsas mühərriki dəyişən addımlı pervanelərə qoşulub. Bundan əlavə, dörd "Bergen C25” mühərriki və həm burunda, həm də gövdə hissəsində iki tunel tipli hərəkətverici qurğu var.

Bu güc qurğusu sayəsində "Island Victory" kimi tək bir buksir aviasiya daşıyıcıları ölçüsündə gəmiləri belə hərəkət etdirə bilər.

2. "MV Far Samson" - Taxtdan salınmış çempion

"Island Victory"dən əvvəl dünyanın ən güclü yedək gəmisi "Far Samson" idi. 2009-cu ildə inşa olunan bu gəmi 11 il ərzində "DNV” tərəfindən təsdiqlənmiş 423 ton dartma gücü ilə rekorda sahib olub.

Uzunluğu təxminən 400 futdur (122 metr), ekipajı isə 100 nəfərə qədərdir. İki ədəd "RR Bergen B32” mühərriki (35 900 a.g.) tunel hərəkətvericiləri, kombinə edilmiş hərəkət sistemi və iki ədəd azimut hərəkətvericisi ilə birlikdə işləyir. İstismara verildiyi il "Far Samson" "İlin gəmisi” seçilib.

Eyni zamanda bu gəmi ətraf mühit üçün irəliləyiş hesab olunur – "Rolls-Royce” mühərrikləri azot oksidlərinin emissiyasını 95% azaldıb.

3. "Boka Falcon"

2011-ci ildə tikilib, 2019-cu ildə "Boskalis” şirkətinə təhvil verilib. Dartma gücü 400 ton həddini keçir. Uzunluğu 306 futdur (93 metr). O, çoxfunksiyalı ofşor tikinti gəmisidir.

Güc mənbəyi iki ədəd "MAK 16M32C” mühərriki (21 456 a.g.) və əlavə 3 000 kVt gücdə iki motorudur. Ümumi gücü 29 502 a.g.-dir. 150 tonluq sualtı kran, 3 000 metrə qədər işləyə bilən iki ROV və 100 nəfərlik yerləşdirmə qabiliyyəti var.

4. "Boka (Lewek) Fulmar"

Dördüncü yerdə olan "Boka Fulmar” – əvvəlki adı ilə "Lewek Fulmar" – 402 ton dartma gücünə malikdir və 400 ton həddini aşan son yedək gəmisidir. O, "Boka Falcon"un bacı gəmisidir və demək olar ki, eyni texniki göstəricilərə sahibdir.

2011-ci ildə Sinqapurda inşa olunan gəmi "Anchor Handling Tug Supply Vessel” (AHTS) sinfinə aiddir və "Rolls-Royce Icon II” dinamik mövqe sisteminə malik DP2 gəmisidir.

5. "Aurora Saltfjord"

Beşinci sıradakı bu yedək gəmisi də zəif sayılmır – dartma gücü 397 tondur. 2011-ci ildə inşa edilmiş AHTS sinfinə aiddir.

Gəmidə dizel-elektrik, dizel-mexaniki və qarışıq rejimdə işləyə bilən hibrid enerji qurğusu var. İki ədəd "Wartsila Wichmann 16v32” mühərriki (13 000 a.g.) ümumilikdə 26 000 a.g. güc təmin edir. Yeddi hərəkətverici qurğu sayəsində yüksək manevr qabiliyyətinə malikdir.

Uzunluğu 312 fut (95 metr), eni 79 fut (24 metr), göyərtə sahəsi isə 750 kvadratmetrdən çoxdur. Dərinlikdə xəndəkqazma və pluq işləri apara bilir. Gəmidə idman zalı, peyk TV-lə təchiz olunmuş istirahət otaqları, kinoteatr və konfrans zalları mövcuddur.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri