Icma.az
close
up
RU
Dünyanın ən güclü süni intellekt superkompüteri

Dünyanın ən güclü süni intellekt superkompüteri

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Böyük Britaniya hökuməti termonüvə sintezi sahəsində araşdırmaları sürətləndirmək məqsədilə 45 milyon funt sterlinq (təxminən 60 milyon dollar) investisiya ayırıb. Yeni “Sunrise AI supercomputer” adlı sistemin Oksfordşirdə, Kalham bölgəsində yerləşən UK Atomic Energy Authority kampusunda qurulacağı və iyun ayında fəaliyyətə başlayacağı gözlənilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi açıqlamalara görə, superkompüter termonüvə reaktorlarında baş verən mürəkkəb fiziki proseslərin daha dəqiq öyrənilməsinə imkan verəcək.

Süni intellekt və yüksək performanslı hesablama texnologiyalarının birgə tətbiqi sayəsində alimlər eksperimental qurğulara ehtiyac olmadan tədqiqatları virtual mühitdə aparacaqlar.

“Sunrise AI supercomputer”un bu sahədə ixtisaslaşmış ən güclü sistemlərdən biri olacağı bildirilir. Onun enerji gücü təxminən 1,4 meqavat təşkil edəcək və süni intellekt tapşırıqları üçün 6,76 exaFLOPS səviyyəsində performans təqdim edəcəyi gözlənilir.

Layihə çərçivəsində “rəqəmsal əkizlər” texnologiyasından istifadə olunacaq. Bu texnologiya vasitəsilə termonüvə qurğularının virtual modelləri yaradılacaq və onların dizaynı ilə iş rejimi əvvəlcədən sınaqdan keçiriləcək.

Texniki baxımdan sistem AMD EPYC prosessorları və Instinct qrafik sürətləndiriciləri üzərində qurulacaq. Server infrastrukturu Dell Technologies tərəfindən təmin ediləcək, məlumatların saxlanması isə WEKA texnologiyası ilə həyata keçiriləcək. Layihədə həmçinin "Intel" və "University of Cambridge" iştirak edir.

Alimlər hesab edir ki, yeni superkompüter yüksək temperaturda plazmanın modelləşdirilməsi, ekstremal şəraitə davamlı materialların hazırlanması və tritium yanacağının əldə olunması kimi əsas problemlərin həllinə töhfə verəcək.

Sistem eyni zamanda Böyük Britaniyanın əsas elmi proqramlarından biri olan STEP fusion project layihəsini dəstəkləyəcək. Bu layihə 2040-cı illərdə termonüvə elektrik stansiyasının prototipinin yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, ekspertlər termonüvə enerjisinin kommersiya istifadəsinin hələ də mürəkkəb texniki problem olaraq qaldığını vurğulayırlar. Buna baxmayaraq, yeni texnologiyaların tətbiqi bu istiqamətdə irəliləyişləri sürətləndirə bilər.

Bundan əlavə, İsveçdə OX2, Södra və TES şirkətlərinin birgə layihəsi çərçivəsində e-NG istehsalı üzrə zavodun konseptual layihələndirilməsi mərhələsinə start verilib. Zavodun 2030-cu illərin əvvəlində fəaliyyətə başlaması və ildə 1,2 teravat-saat enerji istehsal etməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Aprel 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri