Dünyanın ən kinli heyvanı: Onlar 17 il ərzində... FOTO
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qarğalar kin saxlamaq dedikdə ağla gələn ilk heyvanlardan biridir. Uzun ömürləri ilə yanaşı, özlərinə və ya başqa bir qarğaya zərər vurulduğunu gördükdə bunu göz önündə tutaraq həmin adama hücum etdikləri məlumdur.
Publika.az xəbər verir ki, 2006-cı ildə Vaşinqtonda təcrübəyə başlayan alim Marzluff maska taxıb, torla yeddi qarğa tutub. Bu da bir çox qarğalarda aqressiyaya səbəb olub.
Marzluff və onun tədqiqat köməkçiləri vaxtaşırı maskadan istifadə edərək qarğanın nə qədər aqressiv səslər çıxardığını qeyd ediblər.
Onun topladığı, lakin hələ dərc etmədiyi məlumatlara görə, növbəti onillikdə kin saxlayan qarğaların sayı getdikcə azalıb. Uzun illər aparılan araşdırmadan sonra məlum olub ki, qarğalar 17 il kin saxlaya bilirlər.
Qarğalar təbiətin ən ağıllı canlılarından biridir. Onlar yemək əldə etmək və qarşıdakı maneələri keçmək üçün alətlər hazırlayıb, onlardan istifadə edirlər.
Aysel Şahmar
Baxış sayı:70
Bu xəbər 16 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















