Dünyanın ən məhşur sosial şəbəkələrindən biri Rusiyada bloklandı
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyada "Snapchat" tətbiqinə cinayət fəaliyyətlərində istifadə edildiyi iddiası ilə giriş məhdudlaşdırılıb. Bildirilib ki, tətbiq terror fəaliyyəti təşkil etmək və dələduzluq məqsədilə istifadə olunur.
Milli.Az xəbər verir ki, Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) açıqlamasında oktyabr ayından bəri "Snapchat"da yaşanan giriş problemləri ilə bağlı məlumatlara yer verib. Qurum bildirib ki, tətbiq vasitəsilə ölkədə terror fəaliyyətləri təşkil etmək, icra etmək, iştirakçıları cəlb etmək, eləcə də vətəndaşlara qarşı dələduzluq və digər cinayətləri həyata keçirmək mümkün olur.
Məhz bu səbəbdən "Snapchat"a girişin tam şəkildə bloklandığı qeyd edilib.
Roskomnadzor eyni səbəbə görə bu gün FaceTime tətbiqinə də giriş qadağası tətbiq edib. Bundan əvvəl isə Rusiyada Facebook, X, TikTok, YouTube və Instagram kimi sosial media platformalarına da giriş məhdudlaşdırılıb.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Dekabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















