Icma.az
close
up
RU
Dünyanın ən məşhur musiqi festivalları

Dünyanın ən məşhur musiqi festivalları

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az dünyanın ən məşhur musiqi festivalları haqqında yazını təqdim edir.

"Donauinselfest" (Vyana, Avstriya)

Avstriyanın paytaxtı Vyanada, Tuna çayı üzərində yerləşən adada keçirilən "Donauinselfest" festivalı dünyanın ən böyük açıq hava musiqi festivalı hesab olunur. Ən maraqlı cəhəti isə festivala girişin pulsuz olmasıdır.

Pop, rok, elektronika, hip-hop və klassik musiqi daxil olmaqla hər zövqə uyğun səhnələri ilə festival şəhəri üç gün ərzində tamam başqa bir müstəviyə daşıyır.

Hər il iyun ayında keçirilən festival həm ailələrə, həm də gecə boyu rəqs etmək istəyən gənclərə xitab edir.

"Mawazine" (Rabat, Fas)

Fas Kralının mədəniyyət layihəsi kimi başlayan "Mawazine" festivalı zamanla nəhəng bir qlobal tədbirə çevrilib.

Rabat küçələrində musiqi ilə coşqu yaradan bu festivalda həm ərəb musiqisinin əfsanələri, həm də Şakira, The Weeknd kimi dünya ulduzları səhnə alır.

Pulsuz səhnələri və münasib qiymətli biletləri ilə cəmiyyətin hər təbəqəsindən olan insanları cəlb edir.

"Coachella" (Kaliforniya, ABŞ)


Dünyanın ən ikonik festivallarından biri olan "Coachella" yalnız musiqi festivalı deyil, eyni zamanda moda və incəsənətin də bir araya gəldiyi mədəniyyət hadisəsidir.

Kaliforniyanın səhra bölgəsində keçirilən bu tədbirdə Beyons, Billi Ayliş, Radiyohed kimi nəhəng adlar çıxış edir.

Möhtəşəm sənət instalyasiyaları və qeyri-adi geyim tərzləri ilə unudulmaz bir atmosfer yaradılır.

"Coachella" biletləri satışa çıxan kimi tükənir. Əgər həm musiqini, həm də trendləri yaxından izləyirsinizsə, bu festival sizin üçün əla seçimdir.

"Summerfest" (Milwaukee, ABŞ)

ABŞ-ın Viskonsin ştatında keçirilən "Summerfest" 11 gün davam edən möhtəşəm musiqi marafonudur.

“Dünyanın ən böyük musiqi festivalı” kimi Ginnesin Rekordlar Kitabına düşən bu tədbirdə hər il yüzlərlə ifaçı səhnəyə çıxır.

12 fərqli səhnədə rok, pop, caz, blüz və daha bir çox janrda çıxışlara rast gəlmək olar.

Dəniz kənarında təqdimatı və yay havası isə iştirakçılara olduqca ləzzətli festival təcrübəsi təqdim edir.

Eyni zamanda dadlı küçə yeməkləri və münasib qiymətləri ilə də diqqət çəkir.

"Pol’and’Rock Festival" (Kostrzyn, Polşa)


Əgər əsl azadlıq ruhunu yaşamaq istəyirsinizsə, Polşada keçirilən "Pol’and’Rock Festival" sizin üçün ideal seçimdir.

Əvvəllər "Przystanek Woodstock" adlandırılan bu böyük tədbir sosial həmrəylik və musiqi dolu üç gün vəd edir. Üstəlik, iştirak tamamilə pulsuzdur.

Rokdan panka, metaldan alternativ musiqiyə qədər geniş janrlar sizi gözləyir.

Kamp sahələrində müxtəlif insanlarla tanış ola, konsertlər arasında təbiətlə baş-başa qala bilərsiniz.

Enerjisi ilə sizi saracaq bu festival unudulmaz xatirələr üçün əla fürsətdir.

"Rock in Rio – Rio-de" (Janeyro, Braziliya)

Cənubi Amerikanın enerjisi "Rock in Rio" festivalında canlanır.

1985-ci ildə Queen-in konserti ilə tarixə düşən festival bu gün də dünya ulduzlarını qəbul etməyə davam edir.

"Rio-de-Janeyronun dinamik enerjisi ilə birləşən səhnələrdə Rihanna, Metallisa kimi adları canlı dinləmək imkanı var.

Həm də festival təkcə Braziliyada yox, Portuqaliya və İspaniya kimi ölkələrdə də təşkil olunur.

İşıqları, izdihamı və tropik atmosferi ilə "Rock in Rio" sadəcə konsert yox, əsl əyləncə təqdim edir.

"Tomorrowland" (Boom, Belçika)

Elektron musiqi həvəskarlarının müqəddəs məkanı sayılan "Tomorrowland" festivalı iştirakçılarını sanki başqa planetə aparır.

Belçikanın kiçik Boom qəsəbəsində qurulan möhtəşəm səhnələr, tematik dekorasiyalar və işıq şouları ilə göz oxşayır.

Biletlər dəqiqələr içində satılır və dünyanın dörd bir yanından insanlar bu ecazkar məkanda bir araya gəlir.

Əgər xəyal gücünüzü aşan bir festival təcrübəsi axtarırsınızsa, "Tomorrowland"i siyahınıza əlavə edin.

Burada yalnız musiqi deyil, kostyumlar, hekayələr və dostluqlar da səhnəyə çıxır.

"Exit Festival" (Novi Sad, Serbiya)


Orta əsrlərə aid qalada festival keçirmək ideyası bir qədər qeyri-adi səslənə bilər, amma Serbiyanın Novi Sad şəhərindəki "Exit Festival" bunu gerçəkləşdirir.

Petrovaradin qalasında təşkil olunan bu tədbirdə gecələr səma "techno və trance" musiqiləri ilə dolur.

Festival yalnız musiqi ilə deyil, eyni zamanda sosial mesajlar və gənclik hərəkatlarının doğurduğu məna ilə də ön plana çıxır.

Əgər tarixlə iç-içə rəqs təcrübəsi axtarırsınızsa, "Exit Festival" mütləq dəyər verməli olduğunuz tədbirdir.

"Sziget Festival" (Budapeşt, Macarıstan)

Budapeştin mərkəzində, Tuna çayının üzərində yerləşən Obuda adasında keçirilən "Sziget Festivalı" iştirakçılarına azadlıq hissi bəxş edir. “Azadlıq adası” kimi tanınan bu festivalda musiqidən başqa incəsənət, teatr, emalatxanalar və küçə performansları da yer alır.

Bir həftə boyunca kamp qura, beynəlxalq sənətçilərin konsertlərinə qatıla bilərsiniz.

"Sziget" eyni zamanda fərqli mədəniyyətlərlə tanış olmaq və yeni dostluqlar qurmaq üçün də əla şərait yaradır.

"Lollapalooza" (Çikaqo, ABŞ)

Alternativ musiqinin əsas festivallarından biri olan "Lollapalooza" təkcə ABŞ-da deyil, Paris, Berlin, Buenos-Ayres və San-Pauluda da keçirilir.

Rokdan hip-hopa, elektronikaya qədər geniş repertuarı ilə hər zövqə xitab edir.

Eyni zamanda ekoloji yanaşmaları, incəsənət stendləri və fəal mövqeyi ilə də seçilir.

Festival ərazisi əyləncə ilə sosial mesajları bir araya gətirən unikal bir təcrübə təqdim edir.

Dünyanın müxtəlif şəhərlərində müxtəlif vaxtlarda keçirilməsi isə əlavə üstünlükdür.

"Glastonbury" (Somerset, İngiltərə)

İngiltərənin kənd bölgəsində təşkil olunan bu nəhəng festival təkcə musiqi ilə yox, performans sənətləri, teatr və sosial fəallıqla da tanınır.

Bob Daylan, Billi Ayliş., David Bobir və Kendrik Lamar kimi dünya ulduzları bu səhnədə çıxış edib.

Hər il fərqli mövzularla təşkil olunan festival davamlılıq və ictimai şüur baxımından da digərlərinə nümunədir.

Bilet tapmaq çətindir, lakin əgər şansınız gətirsə, həyat boyu unutmayacağınız bir təcrübə sizi gözləyir.

Məşhur geyim brendinin reklamlarına qadağa qoyuldu Nadir Rüstəmliyə ağır itki Xocalıda girov götürülmüş zərərçəkən: "Gitara ifaçısı olduğumu biləndən sonra barmaqlarımı sındırdılar"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Avqust 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri