Dünyanın ən nadir meymun növlərinin 7% i məhv olub
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ilin noyabr ayında İndoneziyanın Sumatra adasında yağan güclü yağışlar dünyanın ən nadir böyük meymun növlərindən biri hesab edilən Tapanuli oranqutanlarının təxminən 7%-ni məhv edib.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, alimlər 2017-ci ildə kəşf edilmiş və sayının 800-dən az olduğu təxmin edilən Tapanuli oranqutanlarının populyasiyasını araşdırıblar.
Tədqiqat nəticəsində məlum olub ki, Sumatranın şimalındakı Batang Toru ekosisteminə endemik olan Tapanuli oranqutanları 2025-ci ilin noyabr ayında yüzlərlə insanın ölümünə səbəb olan güclü yağışlardan mənfi təsirlənib.
Tədqiqat nəticəsində məlum olub ki, bu, nəsli kəsilməkdə olan növə aid təxminən 58 oranqutan güclü yağışların yaratdığı fəlakətlər nəticəsində ölüb ki, bu da ümumi sayın təxminən 7%-ni təşkil edir.
Bölgədə gələcəkdə ekstremal hava hadisələrinin davam edəcəyini və hətta artacağını göstərən tədqiqatda bu vəziyyətin dünyanın ən nadir böyük meymun növlərindən biri hesab edilən Tapanuli orangutanlarının yaşayış mühitini ciddi şəkildə təhlükə altına ala biləcəyi bildirilib.
Aygün
Baxış sayı:184
Bu xəbər 11 İyun 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















