Dünyanın ən populyar blogeri “TikTok”u almaq istəyir
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Dünyanın ən məşhur yutuberi “MrBeast” (əsl adı Cimmi Donaldson) “TikTok” platformasının ABŞ-də bloklanmasından xilas olmaq üçün sosial şəbəkəni əldə etmək istədiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X”də yazıb.
Artıq bir neçə milyarder blogerə sövdələşməni bağlamağa kömək etməyi təklif ediblər.
Qeyd edək ki, onun “YouTube” kanalının 340 milyona yaxın abunəçisi var. Bu, ona ildə təxminən 700 milyon dollar qazandırır. Eyni zamanda, platforma 250 milyard dollar dəyərində qiymətləndirilir. “TikTok”un yalnız ABŞ-də 170 milyon istifadəçisi var, dünya üzrə isə 800 milyon.
Xatırladaq ki, aprel ayında ABŞ-nin hazırkı Prezidenti Co Bayden platformanın 2025-ci il yanvarın 19-dək Amerika şirkətinə verilməsini tələb edən qanunu imzalayıb, əks halda onun ölkədə fəaliyyəti qadağan olunacaq. ABŞ səlahiyyətliləri Çin hökumətinin istifadəçi məlumatlarını tələb edə biləcəyindən və ya proqramdan təbliğat yaymaq üçün istifadə edə biləcəyindən ehtiyatlanır. Bununla belə, “TikTok” nümayəndələri bu narahatlıqları dəfələrlə təkzib ediblər.
Bu mövzuda digər xəbərlər:“Amazon” “TikTok”u almaq istəyir
02 Aprel 2025 23:28
ABŞ TikTok u ALMAQ İSTƏYİR
05 İyul 2025 10:17
Tramp: Böyük şirkətlər TikTok u almaq istəyir
16 Sentyabr 2025 19:27
Mask indi də “TikTok”u ALMAQ İSTƏYİR?
09 Fevral 2025 00:08
Kanada da “TikTok”u bağlamaq istəyir
07 Noyabr 2024 17:26
Baxış sayı:76
Bu xəbər 16 Yanvar 2025 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















