Icma.az
close
up
RU
Dünyanın ən qəribə maliyyə fırıldağı 5,5 milyard dollarlıq itki

Dünyanın ən qəribə maliyyə fırıldağı 5,5 milyard dollarlıq itki

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meksikalı milyarder Ricardo Salinas Pliego 2021-ci ildə bir gün ərzində 5,5 milyard dollar dəyərində sərvətini itirib. Hadisə maliyyə dünyasında nadir görünən bir aldatma sxeminin nəticəsi olub.

Ölkə.az xəbər evrir ki, “Astor Capital Fund” adı ilə təqdim olunan saxta maliyyə qurumu, zənginlikləri ilə tanınan “Astor” və “Mellon” kimi tarixən tanınmış ailə soyadlarından istifadə edərək inam qazandırıb.

Pliego bu hadisə ilə bağlı Wall Street Journal-a verdiyi açıqlamada “özümü tam axmaq kimi hiss edirəm” sözləri ilə yaşadığı zərbəni ifadə edib.

Salinas Pliego, kriptovalyuta bazarında yerləşdirmək üçün 400 milyon dollarlıq kredit axtararkən, bu vəsaitin müqabilində “Grupo Elektra” şirkətinə məxsus səhmləri girov qoymuşdu. Ona təqdim olunan “Astor Capital Fund” adlı qurum etibarlı və prestijli görünmək üçün yalnız adla deyil, həmçinin ofis, rəsmi vebsayt, nümayəndə video zəngləri və sənədli bazalarla inandırıcı sistem qurmuşdu. Bu təmsilçilərdən biri olan “Thomas Astor Mellon” əslində Ukrayna vətəndaşı Alexey Skachkov olub. Fırıldağın arxasında isə əvvəllər 18 milyon dollarlıq Medicare fırıldağına görə ittiham olunmuş Vladimir (Val) Sklarov dayanıb.

Fırıldaqçılar, Pliegonun girov qoyduğu səhmləri razılıq olmadan satışa çıxararaq, bir gün içində “Grupo Elektra”nın bazar dəyərinin 71 faizini siliblər. Bu satışın birbaşa nəticəsində Salinas Pliego 5,5 milyard dollar, şirkət isə əlavə olaraq 4 milyard dollar dəyərində zərərə uğrayıb. Alınan pullar isə sürətlə lüks daşınmaz əmlaklara çevrilib. Fırıldaqçılar New York-da 6,45 milyon dollarlıq penthaus, Virciniyada villa, Fransada şato və Yunanıstanda çoxsaylı daşınmaz əmlaklar alıblar.

Salinas Pliegonun hüquq komandası London ticarət məhkəməsinə müraciət edərək dondurulmuş aktivlərin qaytarılması üçün hüquqi proseslərə başlayıb. ABŞ banklarına sorğu göndərilib və “Astor Capital Fund”la əlaqəli bütün əməliyyatlar araşdırmaya cəlb olunub.

Bu hadisə maliyyə təhlükəsizliyindəki boşluqları və sərvətə əsaslanan kredit sistemlərinin nə qədər zəif tənzimləndiyini bir daha ortaya qoyub. Həm də onu sübut edib ki, fırıldaqçılıq yalnız təcrübəsizləri deyil, milyarderləri də asanlıqla tələyə sala bilər. Bu hekayə sadəcə bir maliyyə fırıldağı deyil, həm də etibarın, simvolların və prestijli adların necə silaha çevrilə biləcəyinin dramatik nümunəsidir.(valyuta.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Sentyabr 2025 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri