Icma.az
close
up
RU
Dünyanın ən qəribə sui qəsd nəzəriyyəsi: İşin içində nasistlər də var?

Dünyanın ən qəribə sui qəsd nəzəriyyəsi: İşin içində nasistlər də var?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Musiqi alətlərinin onilliklər boyu səhv tezlikdə akort edildiyi və bunun insan davranışlarına mənfi təsir göstərdiyi iddiasını əhatə edən qəribə bir sui-qəsd nəzəriyyəsi yenidən gündəmdədir. Bu iddiaya görə, prosesi insanların manipulyasiyası məqsədilə məhz nasistlər həyata keçirib.

Qaynarinfo xəbər verir ki, musiqi alətlərinin öz aralarında uyğun səslənməsi üçün mütəmadi olaraq akort edilməli olduğu məlumdur. Məsələn, bir nəfər "Do" notası çaldıqda, digərinin də çaldığı notanın eyni səsdə olması gözlənilir. Fizikaya dair bir məqalədə bu belə izah edilir: 

"Musiqi tonunun yüksəkliyi havanın hərəkət sürətindən asılıdır. Bu sürət, bir hava hissəciyinin bir saniyədə etdiyi tam titrəyişlərin sayına əsaslanır və hər titrəyiş bir herzs kimi ölçülür. Dövr sayı artdıqca, səslənən notanın tonu da yüksəlir".

Tarix boyu musiqi alətlərinin akortu vahid bir standart üzrə müəyyənləşdirilməmiş və bu göstərici əsrdən-əsrə, bölgədən-bölgəyə dəyişmişdir. Məsələn, 1600-cü illərdən əvvəl Almaniyada orqan alətlərinin tonu, orta əsrlərdə A=567 herzdən tutmuş, təxminən 1511-ci illərdə A=377 herzə qədər dəyişirdi.

O dövrdə eyni ölkə daxilində belə vahid standartın tətbiqi vacib sayılmırdı. Bəstəkarlar və ifaçılar yerli fərqliliklərə uyğunlaşmaq üçün partituraları müxtəlif tonlarda yazır, yaxud notaları transpozə edərək digər alətlərin sabit tonuna uyğunlaşdırırdılar. Məsələn, bəstəkar "Hendel" 423 herzi, "Motsart" isə 422 herzi üstün tuturdu. Lakin zamanla texnoloji inkişaf və böyük səhnələrin akustik tələbləri daha yüksək tonlara ehtiyac yaradaraq vəziyyəti daha da mürəkkəbləşdirdi.

Nəticədə "La" notası tədricən 440 herz tezliyinə standartlaşdırıldı. "Beynəlxalq Standartlaşdırma Təşkilatı" bu tezliyi 1955-ci ildə müəyyənləşdirdi və 20 il sonra rəsmən təsdiqlədi. Fərqli bölgələr üçün fərqli akort normaları dövrü bitdi, lakin bu qərar bəzi sui-qəsd nəzəriyyələrinin yaranmasına zəmin yaratdı.

Mövzu ilə bağlı başqa bir məqalədə belə qeyd olunur: "Müasir musiqi akortu ilə bağlı sui-qəsd nəzəriyyələri "La-440"a akort edilmiş musiqinin insan bədəninə və şüuruna mənfi təsir göstərə biləcəyi və dinləyicilərə qarşı psixoloji silah kimi istifadə oluna biləcəyi fikrinə əsaslanır”. 

Bu yanaşmanın əks istiqamətində isə 432 herzi "faydalı”, "kosmik” və ya "mystik” xüsusiyyətlərə malik "təbii rezonans” kimi təqdim edənlər dayanır.

Bu nəzəriyyələrə görə, nasistlərin baş təbliğatçısı Yozef Qebbels, "İlluminati" və ya "Rockefeller" kimi adlarla bağlanan qruplar bu dəyişiklikdə rol oynayıb və məqsəd kütlələri manipulyasiya etmək olub – əlbəttə, heç bir sübut təqdim olunmadan. Hətta bəzi iddialarda 432 herzin "dörd ardıcıl sadə ədədin (103 + 107 + 109 + 113) cəminə bərabər olması səbəbilə xüsusi” hesab edildiyi bildirilir. Halbuki tezlik sadəcə saniyədəki titrəyişlərin sayını ifadə edir və bu arqument elmi baxımdan əsassızdır.

Riyaziyyatçı, yazar və gitarist Yakub Marian bir bloq yazısında bu məsələni belə izah edir: "Əvvəllər (antiki və Orta əsrlərdə) saat 2, 3, 4 və ya 12 bərabər hissəyə bölünürdü, lakin 60-a heç vaxt bölünmürdü. O dövrdə bu qədər kiçik zaman aralıqlarını ölçən cihazlar mövcud deyildi. Əgər hər şeyi 12 hissəyə bölməyə davam etsəydik, ‘saniyə’ bir dəqiqənin 1/12-si, yaxud bir saatın 1/1728-i olardı. Bu halda eyni səs üçün tamamilə fərqli rəqəmsal dəyər alınardı. Yəni bu günkü 440 herzin təyini sadəcə tarixi təsadüfdür”.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri