Icma.az
close
up
RU
Dünyanın ən qorxmaz pişiyi: görənləri şoka salır

Dünyanın ən qorxmaz pişiyi: görənləri şoka salır

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən məşhur Çapultepek Zooparkında artıq bir neçə aydır ki, maraqlı və eyni zamanda gülməli bir hadisə müşahidə olunur. Bu hekayənin baş qəhrəmanı isə adi bir pişikdir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu qorxmaz ev heyvanı zooparkdakı qonşusu olan nəhəng benqal pələnginin yeməyini mütəmadi olaraq oğurlayır. Qeyd olunur ki, bu hekayə artıq viral xarakter alıb və dünyanın müxtəlif yerlərində heyvansevərlərin ürəyini fəth edib.

Zoopark baxıcılarının sözlərinə görə, kürən pişik artıq dörd aydır ki, müntəzəm şəkildə zolaqlı yırtıcının qəfəsinə daxil olur. Onun bunu necə bacardığı isə personal üçün hələ də sirr olaraq qalır. Müşahidə kameraları yalnız nəticəni qeydə alır: pişik sanki sehrli şəkildə çiy ətlə dolu böyük qabın yanında peyda olur. O, həftədə üç-dörd dəfə qəfəsə girir və hər dəfə pələng artıq yaxşıca doyub, gündüz istisindən yorularaq dərin yuxuya getdiyi anı seçir. Yeməyini yedikdən sonra isə heç nədən çəkinmədən sakitcə təhlükəli ərazini tərk edir.

İki heyvan arasındakı ölçü və çəki fərqi bu hekayəni daha da inanılmaz edir. Benqal pələngi kiçik kürən pişikdən təxminən 75 dəfə ağırdır. Buna baxmayaraq, davranışına görə sanki vəziyyətin sahibi məhz pişikdir. “Ölçü fərqi heyrətamizdir. Pələng bu pişikdən təxminən 75 dəfə ağırdır, amma bu balaca elə davranır ki, sanki buranın sahibi odur”, — deyə bu qeyri-adi hadisəni hər gün izləyən baxıcılardan biri jurnalistlərə bildirib.

Maraqlıdır ki, pələngin bu cəsarətli “oğru”ya reaksiyası gözlənildiyi kimi olmayıb. Zolaqlı nəhəng ilk dəfə qabının yanında bu balaca qonağı görəndə aqressiya göstərməyib. İşçilərin sözlərinə görə, o, daha çox təəccüblənib, nəinki qəzəblənib. Sadəcə pişiyə baxaraq, sanki bu qədər cəsarətin bu qədər kiçik bir canlıda necə yarandığını anlamağa çalışıb. Zaman keçdikcə isə böyük yırtıcı bu “qonağın” varlığı ilə tam barışıb. İndi pələng sakitcə yatmağa davam edir, kürən “oğru” isə onun yeməyini rahatlıqla yeyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Aprel 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri