Dünyanın ən təhlükəli liderləri onlardır ŞOK SİYAHI KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
İspaniyada əhalinin əksəriyyəti qlobal vəziyyəti təhlükəli hesab edir.
KONKRET.az xəbər verir ki, İspaniyanın “El Pais” nəşrinin yaydığı sorğunun nəticələrinə görə, ölkə əhalisinin böyük hissəsi dünyadakı vəziyyəti mənfi qiymətləndirir və əsas təhlükə kimi ABŞ prezidenti Donald Trampı görür.
Sorğuya əsasən, respondentlərin 81%-i Trampı dünya üçün ən böyük risk hesab edir.
Onu 79,3% ilə Rusiya prezidenti Vladimir Putin, 71,2% ilə isə İsrailin baş naziri Benyamin Netanyahu izləyir.
Digər liderlər, Kim Çen In və Si Cinpin siyahıda daha aşağı yerlərdə qərarlaşıb.
Araşdırma ispan cəmiyyətində ciddi pessimizm olduğunu göstərir. Belə ki, respondentlərin 10%-dən azı gələcəkdə rifahın artacağına inanır, əksəriyyət isə yeni müharibələr və iqtisadi böhranlar gözləyir.
Sorğuda qeyd olunur ki, iştirakçıların böyük qismi ABŞ-ın gələcəkdə yeni hərbi addımlar atacağını düşünür.
Müdafiə xərcləri məsələsi isə cəmiyyətdə fikir ayrılığı yaradır: 46,3% bu xərclərin artırılmasını dəstəkləyir, 45,3% isə buna qarşı çıxır. Buna baxmayaraq, NATO üzvlüyünə münasibətdə əksəriyyət alyansda qalmağın tərəfdarıdır.
Eyni zamanda, respondentlərin təxminən yarısı ölkədə demokratiyanın qorunması üçün şəxsi riskə getməyə hazır olduğunu bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 06 Aprel 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















