Icma.az
close
up
RU
Dünyanın ən təhlükəsiz ölkəsi elan olundu

Dünyanın ən təhlükəsiz ölkəsi elan olundu

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) növbəti dəfə ən təhlükəsiz ölkələrin dünya reytinqində birinci yeri tutub. “Numbeo” platformasının “2025-ci ilin ortalarına olan “Ölkə təhlükəsizliyi indeksi” araşdırmasına görə, Əmirliklər 85,2 bal toplayıb. BƏƏ-dən sonra təhlükəsizlik baxımından ilk beşliyə Andorra, Qətər, Tayvan və Makao (Çin) daxil olub.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, BƏƏ yüksək həyat keyfiyyəti, sabitliyi və təhlükəsizliyi ilə tanınır. 2025-ci ilin mart ayında ölkə həmin reytinqdə ikinci olub və yalnız Andorra onu üstələyib. Hazırkı siyahıda Fransa ilə İspaniya arasında yerləşən və xizək kurortları ilə məşhur olan Andorra 84,8 bal toplayıb. Üçüncü yerdə 84,6 xalla Qətər qərarlaşıb. İlk beşliyi Tayvan və Makao tamamlayıb.

Siyahıda regionun digər ölkələri də təmsil olunub: Səudiyyə Ərəbistanı 14-cü, Bəhreyn 15-ci, Küveyt 38-ci, İordaniya isə 54-cü yerdədir. Asiya ölkələri arasında Pakistan 62-ci, Filippin və Hindistan isə müvafiq olaraq 66 və 67-ci yeri tutub. Siyahıda Böyük Britaniya 86-cı, ABŞ isə 91-ci yerdə qərarlaşıb.

“Economist Intelligence Unit”in (EIU) “Qlobal həyat tərzi” indeksinə görə, keçən il Əbu-Dabi və Dubay Yaxın Şərq və Afrikanın ən rahat şəhərləri arasında qalıb. Dubay səhiyyə və təhsil sahəsindəki uğurları sayəsində Əbu-Dabidən sonra ikinci olub.

“Numbeo”ya görə, Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhərlərindən biri hesab olunur. BƏƏ-nin paytaxtı təhlükəsizlik üzrə dünya reytinqində 88,2 bal toplayıb, burada cinayət nisbəti cəmi 11,8 baldır. Dubay isə planetin ən təhlükəsiz şəhərləri arasında beşinci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri