Icma.az
close
up
RU
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr

Dünyanın ən təmiz çimərlikləri olan ölkələr

Icma.az, Lent az saytına istinadən bildirir.

Dünyanın ən təmiz çimərliklərinə sahib ölkələrin yeni reytinqi açıqlanıb. Beynəlxalq Blue Flag ("Mavi Bayraq") ekoloji sertifikatı əsasında hazırlanan siyahıda ikinci il ardıcıl olaraq İspaniya birinci yeri tutub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mavi bayraq" sertifikatını almaq üçün yalnız dəniz suyunun təmiz olması kifayət etmir. Çimərliklər ekologiya, suyun keyfiyyəti, təhlükəsizlik, turist infrastrukturu, əlçatanlıq və ətraf mühitlə bağlı maarifləndirmə də daxil olmaqla 33 meyar üzrə qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə, bu sertifikat turistlər üçün çimərliyin həm təmiz və təhlükəsiz olduğunu, həm də davamlı turizm prinsiplərinə uyğun idarə edildiyini göstərir.

Bu il İspaniyada "Mavi bayraq" sertifikatına layiq görülən çimərliklərin sayı 676-ya çatıb. Onlardan ən məşhurlarından biri Andalusiya bölgəsinin Nerxa şəhərində yerləşən Burriana çimərliyidir. Reytinqdə ikinci yeri Yunanıstan tutur. Sertifikatlı çimərliklərin əksəriyyəti Krit adasında (154) və Halkidiki yarımadasında (93) yerləşir.

Şimali Yunanıstandakı Uranupoli yaxınlığında yerləşən Kampudi çimərliyi isə eyni anda üç "Mavi bayraq" mükafatına sahib olması ilə seçilir. İlk üçlüyü Türkiyə tamamlayır. Ölkədə sertifikatlı çimərliklərin böyük hissəsi Antalya vilayətində yerləşir. 2026-cı ildə siyahıya girişin ödənişsiz olduğu bir neçə yeni ictimai çimərlik də əlavə olunub.

"Mavi bayraq" sertifikatlı çimərliklərin sayına görə ilk 10 ölkə

İspaniya - 676 çimərlik

Yunanıstan - 623 çimərlik

Türkiyə - 614 çimərlik

İtaliya - 525 çimərlik

Portuqaliya - 396 çimərlik

Fransa - 387 çimərlik

Danimarka - 140 çimərlik

Meksika - 103 çimərlik

İrlandiya - 85 çimərlik

Xorvatiya - 78 çimərlik

Beləliklə, ilk onluqda yer alan ölkələrin əksəriyyəti Avropada yerləşir. Avropadan kənardan siyahıya daxil olan yeganə ölkə isə Meksikadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyul 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri