Icma.az
close
up
RU
Dünyanın ən ucqar şəhəri: Çatmaq çətindir, heç kim tərk etmək istəmir

Dünyanın ən ucqar şəhəri: Çatmaq çətindir, heç kim tərk etmək istəmir

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əgər siz - nə Venedikin orta əsr kanalları, nə Karpatların rəngarəng yamacları, nə də Tokionun futuristik küçələri ilə təəccübləndirilə bilməyən səyahət təcrübəsinə malik birisinisizsə, bəlkə də dünyanın ən qeyri-adi və eyni zamanda ən çətin çatılan yerlərindən biri olan Edinburq şəhərini ziyarət etməyin vaxtıdır. Lakin Şotlandiyadakı deyil, cənub Atlantikanın ucsuz-bucaqsız genişliyi arasında xəritədə bir nöqtə kimi itib gedən Edinburqdan söhbət gedir.

Qaynarinfo xəbər verir ki, Yeddi Dənizin Edinburqu - Müqəddəs Yelena, Mərac və Tristan-da-Kunya adalarının Britaniya dənizaşırı ərazisinin paytaxtıdır. "Business Insider" yazır ki, səfəri ən azı bir il əvvəlcədən planlamaq lazımdır. Və heç də hər yeri basan turist sıxlığına görə yox, bu yerin inanılmaz təcrid olunmuşluğu və çətin çatılanlığı səbəbindən.

Cənubi Edinburqun yerləşdiyi Tristan-da-Kunya adası - fəaliyyətdə olan vulkanın yamaclarından ibarət kiçik bir quru parçasıdır, burada kiçik bir koloniya-qəsəbə üçün bir qədər yer tapılıb. Ada Atlantik okeanının cənub hissəsində, Cənubi Afrikadan təxminən 2800 km və Braziliyanın cənub hissəsindən 3200 km məsafədə yerləşir.

Oraya nə təyyarələr uçur, nə də kruiz gəmiləri üzür. Yalnız hər bir neçə həftədən bir Keyptaundan poçt gəmisi gəlir ki, siz də onunla adaya çata biləsiniz. Amma bir həftəni (!) bu səyahətə sərf etməzdən əvvəl, oranın hakimiyyətindən vizit üçün icazə soruşmağı unutmayın.


Yeddi Dənizin Edinburqu dünya xəritəsində

Hazırda Yeddi Dənizin Edinburqunda cəmi 209 nəfər yaşayır. Əslində, bu hətta şəhər deyil, kənddir. Üstəlik, ən böyüyü də deyil.

Yerli iqtisadiyyat dəniz məhsulları ixracından, ilk növbədə Tristan qayılobsterlərindən asılıdır ki, onların ovunda və ya ilkin emalında bir şəkildə əksər yerli sakinlər iştirak edir. Son zamanlar burada getdikcə turizm daha vacib istiqamətə çevrilir, amma onun özünəməxsus təzahürləri var.

Birincisi, artıq qeyd edildiyi kimi, Keyptaundan adaya səyahət altı gün çəkir və qayıqlar qeyri-daimi cədvəllə yola düşür - bəzən ayda bir neçə dəfə, bəzən isə tam bir ay buraxılır. Məhz buna görə səfər çox əvvəlcədən planlaşdırılmalıdır.

İkincisi, ada elə kiçikdir və burada turistlər o qədər az olur ki, Cənubi Edinburqda tam turizm infrastrukturu sadəcə yoxdur. Qonaqlar oteldə deyil (hansı ki yoxdur), sadəcə yerli sakinlərin evlərində yerləşirlər ki, onlar da bir az əlavə qazana bilirlər. Belə şəraitdə bir gecə qalmaq 65 funt-sterlinqə başa gəlir, təxminən 88 dollar.

Əslində, adanın bütün əhalisi nəhəng bir ailədir, çünki Edinburqun demək olar ki, bütün müasir sakinləri 200 il əvvəl bura gəlmiş kolonistlərin nəslindəndir. Sakinlər bir-birləri ilə qida paylaşır və qonşulara ev təmiri işlərində kömək edirlər.


Bütün "şəhər" bir kadrda 

Məhz bu səbəbdən Yeddi Dənizin Edinburqu cinayətkarlıq baxımından yer üzündə ən təhlükəsiz yerdir. Burada heç kim uşaqlarının təhlükəsizliyi barədə narahat olmur, çünki uşaqlara demək olar ki, hamı birlikdə baxır.

Dünyanın qalan hissəsindən uzaq olmasını nəzərə alaraq, edinburqlular ərzağın böyük hissəsini özləri yetişdirməyə məcburdurlar, çünki onu böyük qurudan idxal etmək həddindən artıq bahadır. Şəhərdən kənarda hər ailənin öz tərəvəz bağı sahəsi var, burada əsasən kartof olmaqla tərəvəzlər yetişdirilir. Bağ işləri əllə aparılır, maşınlardan istifadə edilmir, çünki onları yanacaqla təmin etmək və xidmət etmək çox baha başa gələr, axı yanacaq və ehtiyat hissələri də materikdən gətirilməlidir.

Hər ailə mal-qara sahib ola bilər, lakin hökumət adanın məhdud ərazisində mal-qaranın həddindən artıq otarılmasının qarşısını almaq üçün onların sayını nəzarətdə saxlayır. Hal-hazırda hər ev təsərrüfatının bir dəyərli inəyi olmaq hüququ var.

Adanın ərazisinin 40%-dən çoxu təbii qoruq elan edilib. Vəhşi heyvanlar aləmi nadir quş növləri və şimal qayı pinqivinləri (rockhopper), eləcə də albatroslar və siçanlarla təmsil olunur.

Qəsəbədə həmçinin istənilən kiçik şəhərciyə aid olmasını gözlədiyiniz hər şey var - mağaza, bar, internet kafe, məktəb, kitabxana, səhnəli akt zalı, xəstəxana və hətta muzey. Təbii ki, hər şey yerli miqyasa - 200 sakinə uyğunlaşdırılıb.

Yeri gəlmişkən, muzey vaxtaşırı otel rolunu oynayır. Bəzən burada turist cütlükləri qonaq evində olduğu kimi yerləşdirilir. Qiymətə çay, qəhvə, süd, şəkər, şamlar, yorğan-dəstlər və nahar üçün yerli ənənəvi yemək daxildir.

Turistlər üçün çoxlu əyləncə yoxdur. Əslində, burada yerli təbiətə heyran olmaq və müasir insan üçün qeyri-adi olan sülh, sakitlik və rahatlıq atmosferindən həzz almaqdan başqa ediləcək bir şey yoxdur.

Adanın əsas turistik obyekti - vulkandır. 1961-ci ildə məhz bu vulkan püskürməyə başlayanda şəhəri demək olar ki, tamamilə dağıdıb. Adalılar tarixi vətənlərinə - Britaniyaya köçməyə məcbur olublar. Lakin artıq iki il sonra demək olar ki, hamısı dünyanın ən təhlükəsiz evinə qayıtmağı arzulayıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri