Icma.az
close
up
RU
Dünyanın ən uzun və ən qısa qadını

Dünyanın ən uzun və ən qısa qadını

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlk dəfə Londonda bir hoteldə tanış olublar


“Başımı qaldırıb dünyanın ən uzun qadınını görməkdən çox xoşbəxt oldum”


  Türkiyənin Karabük bölgəsinin Safranbolu rayonunda yaşayan və 2 metr 15 santimetr boyu ilə "dünyanın ən uzun qadını" titulunu qazanmış Rumeysa Gelgi və "Dünyanın ən qısa qadını" adına sahib 62,8 santimetr boyu olan aktrisa Jyoti Amge Ginnesin Rekordlar Kitabı Günü çərçivəsində ilk dəfə bir araya gəliblər. “Sherg.az” “NTV.com.tr”tə istinadən bildirir ki, ən uca və ən qısa boylu iki qadın Böyük Britaniyanın paytaxtı Londonda bir hoteldə görüşüb.  27 yaşlı Gelgi və Amge həyat hekayələrini və təcrübələrini çay süfrəsi arxasında 5 saat ərzində bir-biriylə bölüşüblər. Kitabın 70 illik yubiley nəşrində ikili “Ginnesin Rekordlar Kitabının İkonları” kimi qiymətləndirilib. Rumeysa Gelgi, “Jyoti ilə görüşmək çox gözəl idi. Boy fərqimizə görə bəzən göz təması qurmaqda çətinlik çəkirdik, amma bu, əla idi. Bizim ortaq maraqlarımız var. İkimiz də makiyaj etməyi, şəxsi baxım etməyi və dırnaqlarımızı rəngləməyi sevirik" deyib. Jyoti isə “Mən yuxarı baxmağa və məndən uzun insanları görməyə öyrəşmişəm, lakin bu gün başımı qaldırıb dünyanın ən uzun qadınını görməkdən çox xoşbəxt oldum. Rumeysə ilə tanış olmaqdan çox məmnun oldum, o, çox mehribandır və onunla danışarkən özümü çox rahat hiss etdim”, söyləyib. "Weaver" sindromundan əziyyət çəkən Rumeysa Gelgi 2014-cü ildə "dünyanın ən uzun yaşayan gənc qızı", 2021-ci ildə "dünyanın ən uzun yaşayan qadını", "ən uzun barmaqları olan qadın", 2022-ci ildə “dünyanın ən uzun kürəkli qadını” kimi Ginnesin Rekordlar Kitabına layiq görülüb. "Axondroplaziya" adlı sümük böyüməsi pozğunluğu olan hind aktrisası Cyoti Amge "ən qısa ömür sürən aktrisa" və "ən qısa yaşayan qadın" titullarının sahibi olaraq adını Ginnesin Rekordlar Kitabına yazdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri