Icma.az
close
up
RU
Dünyanın ən varlı atasını rədd etdi: “Pulsuzam, 3 ev yoldaşımla yaşayıram”

Dünyanın ən varlı atasını rədd etdi: “Pulsuzam, 3 ev yoldaşımla yaşayıram”

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanın ən zəngin insanı Elon Maskın qızı, atasını rədd etdikdən sonra qarşılaşdığı çətinliklərdən danışıb.


Sherg.az xəbər verir ki, Elon Maskın transgender qızı Vivian Vilson, dünyanın ən zəngin insanının övladı olsa da maddi sıxıntılar çəkdiyini bildirib.

21 yaşlı model olmaq istəyən Vilson, “The Cut” jurnalına müsahibəsində deyib:

“İnsanlar elə bilir ki, mənim çox pulum var. Halbuki yüz minlərlə dollarım yoxdur. Anam varlıdır, düzdür. Amma o biri tərəf (Mask) inanılmaz dərəcədə zəngindir.”

“Super zəngin olmaq istəmirəm,” - deyə o əlavə edib:

“Pulsuzam, 3 ev yoldaşımla yaşayıram. Yemək ala bilirəm, dostlarım var, başımı soxacaq evim var və bir az da xərcləyə biləcəyim pulum olur. Bu, Los-Ancelesdə mənim yaşıdlarımın çoxundan daha yaxşı vəziyyətdir.”


Atası ilə bağları kəsdi

“Tesla”nın qurucusu Maskın 14 övladının ən böyüyü olan Vilson, 2022-ci ildə adını və cinsiyyətini dəyişmək üçün məhkəməyə müraciət etmiş, atasından tamamilə ayrıldığını açıqlamışdı.

O vaxtdan bəri sosial şəbəkələrdə tez-tez atasına qarşı sərt ifadələr işlədən Vilson, onu “acınacaqlı uşaq-kişi” adlandırmışdı. Mask isə qızının “voke ideologiyası ilə zəhərləndiyini” və 16 yaşında “aldadılaraq bu prosesə yönləndirildiyini” iddia etmişdi. 

Vilson isə bu barədə: “Ən klişe tərəfim ata problemlərimdir,” – deyə şərh etmişdi.


Lüks uşaqlıqdan adi həyata


Vilson uşaqlıq illərindəki imtiyazlı mühitdən də danışıb:

“Xüsusi məktəbdə oxudum, hər tərəf “nepobaby”lərlə doluydu. Gwyneth Paltrow və Chris Martin-in qızı Apple da həmin məktəbdə idi.”

O, koreya, çin, yapon və ispan dilləri də daxil olmaqla bir neçə dil öyrəndiyini deyib.

Kanada və Yaponiyada universitet təhsili alsa da yarımçıq qoyan Vilson, motivasiya itkisini “süni intellekt səbəbi ilə” yaşadığını vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri