Dünyanın ən xoşbəxt səyahət məkanı açıqlandı
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Portuqaliyanın paytaxtı Lissabon dünyanın ən xoşbəxt səyahət məkanı seçilib.
Banco.az xəbər verir ki, nəticələr 47 şəhərin daxil edildiyi Tətil Xoşbəxtliyi İndeksi üzrə araşdırmaya əsaslanır. Reytinq “BookRetreats” platforması tərəfindən hazırlanıb.
Araşdırma zamanı turistlərin əhval-ruhiyyəsinə və rifahına təsir edən bir sıra amillər, o cümlədən günəşli günlərin sayı, yaşıl ərazilər, şəhərdə piyada hərəkətin rahatlığı, sağlam qidalanma imkanları və yuxu keyfiyyəti nəzərə alınıb.
Lissabon xüsusilə sağlam qidalanma imkanlarına görə fərqlənib. Şəhərdəki restoranların təxminən 10%-i sağlam qida kateqoriyasına daxil edilib. Bu göstərici reytinqdə ikinci ən yüksək nəticədir.
Şəhərin piyada gəzmək üçün əlverişli olması da yüksək qiymətləndirilib. Lissabonun kompakt quruluşu və küçələri turistlərə şəhəri piyada kəşf etmək imkanı yaradır.
Araşdırmaya görə, Lissabonda adambaşına 49 kvadratmetr yaşıl sahə düşür. Şəhər il ərzində təxminən 2 828 saat günəş işığı alır.
Reytinqdə ikinci yeri Helsinki, üçüncü yeri isə Orlando tutub.
İlk onluqda, həmçinin Afina, Edinburq, Madrid, Vyana, Budapeşt, Oslo və Vilnüs yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















