Icma.az
close
up
RU
“Dünyanın ən xoşbəxt uşaqlarını soruşsalar, o uşaqları göstərərəm...”

“Dünyanın ən xoşbəxt uşaqlarını soruşsalar, o uşaqları göstərərəm...”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhərlər işə gələndə radioda xəbərləri dinləyin. “Səhər obaşdan nə xəbər olacaq axı” deyib, keçməyin. Son illər ölkədə baş verən bəlkə də ən gözəl hadisə, ən müqəddəs işlər haqda xəbərlər elə məhz səhərlər verilir, işğaldan azad olan torpaqlarımıza qayıdış xəbərləri. Mütəmadi olaraq ayrı- ayrı rayonlara, şəhərlərə, kəndlərə qayıdan yerli əhali haqda, qayıdan ailələrin və insanların sayı haqda məlumatlar verilir. İnsanlar öz ata yurdlarında yenidən, bu dəfə əbədi məskən salır.

Bu məlumatları qürur içində, bəzən hətta kövrələrək dinlədiyin anda bir də görürsən ki, beyninin riyaziyyat tərəfi “səndən xəbərsiz” qayıdan adam sayını ailə sayına bölüb, çıxan rəqəmin 3-dən, bəzənsə 4-dən də böyük olduğunu tapıb. Beyninin məntiq tərəfi avtomatik hesablayıb ki, qayıdan hər ailədə ata və anadan əlavə ən azı bir-iki övlad da var. Demək ki, gənclər, orta yaşlılar, yeniyetmələr də qayıdır. Demək ki, vətən həsrətini illərdir ürəyində nisgilə çevirən, vətənini gecələr yuxuda, gündüzlər xəyalında görməkdən bezməyən insanlarla yanaşı, heç vaxt o torpaqları görməyən, o torpaqlarda doğulmayan övladlar da qayıdır. Bu o deməkdir ki, o torpaqlara yaşam qayıdır, həyat qayıdır. Nə gözəl!

Vaxtınız olanda müvafiq dövlət idarələrinin hazırladığı qayıdış videolarına baxın. Məndən son illərdə izlədiyim ən gözəl, ən təsirli qısa videoları soruşsalar, içində uşaqlar olan, məktəblər, bağçalar, uşaq əyləncə yerləri olan, yaşlıların üzlərində qürur, ahılların gözlərində kədər, gənclərin baxışlarında ümid, inam olan “qayıdış videoları”nı misal çəkərəm. Dünyanın ən xoşbəxt uşaqlarını soruşsalar, o videolardakı uşaqları göstərərəm. Xüsusi incəlik, istedad və fərqli yanaşma ilə çəkilən bu videokliplərin təsirindən bəzən saatlarla çıxmaq olmur...

Axşamlar vaxtınız olanda televiziyalarda xəbərlərə baxın. Ucuzdan-ucuz şoulardan, yerli- yersiz şikayətlərdən, reklam xarakterli mətnlərdən bezsəniz də xəbərlərə baxın. Dövlət başçısının öz vətəninə qayıdan insanlarla ata-baba yurdunda keçirdiyi görüşlərin videosüjetlərinə baxın. İnsanların üzündəki sevinci, ümidi, minnətdarlığı görməkçün baxın. Azərbaycan dövlətinin qüdrətini-gücünü görməkçün baxın. Dövlət başçımızın sadə insanlar qarşısındakı çıxışlarında işlətdiyi ifadələrə diqqət yetirin. Nə qədər böyük bir qələbə qazandığımızı, nə qədər böyük bir tikinti-quruculuq proqramına sahib olduğumuzu təkrar-təkrar anlamaqçün baxın. Diqqətlə baxın, çox şey eşidib, çox şey görəcəksiniz.

Dövlət başçısının bu görüşlərdə ən çox işlətdiyi  “Şərqi Zəngəzur” ifadəsi çox şeydən xəbər verir. Bizimçün olduğu qədər həm də düşmənlərçün, regiondakı hadisələri izləyən beynəlxalq qurumlar üçün. “Zəngəzur” sözü əvvəlində və ya sonrasında hansı sözün işlənməsindən asılı olmayaraq, düşmənlərin başına od kimi ələnir, yuxularını qaçırır. Və sözün əsl mənasında onları ağıllı olmağa səsləyir, əks halda görərlər ki, elə yenə də bu görüşlərdə ən çox səslənən ifadə ilə desək, “Dəmir yumruq yerindədir”. Bəli, bu ifadə də təsadüfən təkrarlanmır. Bu üç sözlə çox ciddi mesaj verilir və aidiyyəti olan bütün qurumlar o mesajı alır. Digər ifadə isə, bizim də yazının əvvəlində işlətdiyimiz “əbədi qayıdış” ifadəsidir. Öz vətəninə qayıdan vətəndaşlarla bütün görüşlərdə dövlət başçısı tərəfindən işlədilən “əbədi qayıdış” ifadəsi bir tərəfdən əminlikdən, qələbənin böyüklüyündən xəbər verirsə, digər tərəfdən bu ifadə həm də sülhə, sabitliyə çağırışdır. Bu çağırışları nəinki biz, hətta bütün dünya hər zaman, hətta savaşdan əvvəl belə öz ölkə başçılarının dilindən eşidiblər. Biz onda da, indi də sülh istəyirik. Amma indikindən fərqli olaraq, o zaman qarşı tərəf bu çağırışları qulaqardına vururdu. İndi ta nə qulaq qaldı, nə də ki ardı! İndi biz qayıdırıq, həm də əbədi. Sülh də olacaq!

O görüşlərə baxın. Təkcə indi üçün yox, gələcək üçün, tarix üçün baxın. Təkcə dövlət başçısının yox, sadə insanların, vətəndaşların da dediklərinə fikir verin. O insanların reaksiyalarına, hərəkətlərinə göz qoyun. Çox şey görəcəksiniz.

Ötən gün belə görüşlərdən biri, adını hər eşitdiyimizdə səksəndiyimiz Xocalının kəndlərində keçirildi. Yaddaşımıza qanla hopan vətənin, Xocalının kəndləri artıq öz əzəli sakinlərinə, həm də əbədi sakinlərinə qovuşur. Xocalı adı gələndə daha başımızı aşağı əymirik, əksinə, qaldırıb ekrana baxırıq. Xocalıda dövlətimiz tərəfindən aparılan böyük qayıdış siyasətinin izlərini, öz ata ocağına qayıdan insanların sevinc və minnətdarlıq dolu üzlərini, anaların, körpələrin şadlıqdan işım-işım işıldayan, fərəhdən alışıb yanan gözlərini görmək üçün ekrana baxırıq.

Diqqət çəkən nüanslardan biri də budur ki, Xocalının tamamilə azad edilməsi üçün aparılan antiterror tədbirlərinin hələ heç iki ili bitməyib. İki ildən az bir müddətdə, paralel olaraq bir neçə kənddə böyük tikinti-quruculuq işləri aparılıb, kəndlər, qəsəbələr öz sakinlərini qarşılamaq üçün hazır hala gətirilib. İnsanlar öz doğma kəndlərindəki yeni evlərinə köçürülürlər. Digər tərəfdən isə kənddəki hər bir tikilidə, hər bir uçub dağılmış evdə bu insanların xatirələri var. Yeni tikililərlə yanaşı, illər öncə buraxıb getmək məcburiyyətində qaldıqları vətənin hər bir daşı, hər qarış torpağı əzizdir bu insanlarçün. Ana vətəndir, ata yurddur, atalarının yurdudur.

Dünənki görüşlərdən birində isə xüsusi bir hadisə baş verdi. Bəlkə də kimin üçünsə kiçik sayılacaq bu hadisə, əslində bizim böyük qayıdışımızın tam anlamını bir daha ortaya qoydu. Xocalı rayonunun Daşbulaq kəndinə, öz evinə qayıdan Məzahir Novruzov əli ilə öz ata yurdunu göstərərək, məcburi köçkünlüyə qədər o evdə yaşadığını dedi. Dövlət başçısı dərhal o evin də Məzahir Novruzova verilməsinə göstəriş verdi. “Getsin, o evi bərpa eləsin, yaşasın.” Səmimi deyilmiş bir neçə cümlə dövlət başçısının işğaldan azad olunmuş torpaqlara necə yanaşmasını göstərirdi əslində. O göstəriş təkcə məmura deyildi, hər bir vətəndaşa idi. Dövlətlə yanaşı hər bir insanın da öz ata yurdunun bərpasına məsul olmasının çağırışı idi o cümlələr.

Bizdə məşhur bir ifadə var, bir şeyin öz sahibinə məxsus olduğunu bildirmək üçün deyirik ki, atasının malı kimi halal xoşudur. İşğaldan azad olunan bütün torpaqlar Azərbaycan Dövlətinin ata yurdudur. Azərbaycan dövləti və bu dövlətin başçısı işğaldan azad edilmiş hər qarış torpağa bu dövlətin ata yurdu kimi yanaşır. Məhz bu cür qurulur o torpaqlarda evlər, binalar, yollar, tunellər. Dövlət öz ata yurduna qayıdır! Halal xoşumuz olsun!

Qayıdışımız, böyük qayıdışımız, ata yurduna qayıdışımız mübarək olsun!

Çingiz Özgür

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri