Icma.az
close
up
RU
Dünyanın ən yaxşı 20 hava limanı REYTİNQ

Dünyanın ən yaxşı 20 hava limanı REYTİNQ

Lent az saytına istinadən Icma.az xəbər verir.

Yeni beynəlxalq reytinq dünyanın ən yaxşı hava limanlarını müəyyənləşdirib və nəticələr gözlənilməz olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hava səyahətləri bir neçə saat ərzində dünyanın demək olar ki, istənilən nöqtəsinə çatmağa imkan versə də, uçuş prosesi çox vaxt sərnişinlər üçün çətin sınağa çevrilir.

Dünyanın ən yaxşı hava limanlarının reytinqi “AirHelp” şirkəti tərəfindən hazırlanıb. Mütəxəssislər hava limanlarını üç əsas meyar üzrə qiymətləndiriblər: reyslərin vaxtında yerinə yetirilməsi, infrastruktur və komfort, həmçinin sərnişinlərin ümumi məmnunluğu.

Vaxtında uçuş göstəricisi hesablanarkən reyslərin gecikməsi və ləğvi nəzərə alınıb. Daha sonra bütün göstəricilər birləşdirilərək hər hava limanı üçün yekun qiymət müəyyən edilib.

Reytinqdə birinci yeri və dünyanın ən yaxşı hava limanı adını Panamanın paytaxtı Panama şəhərində yerləşən Tokumen Beynəlxalq Hava Limanı qazanıb. İlk onluqdakı digər hava limanları bəzi kateqoriyalar üzrə daha yüksək nəticə göstərsələr də, məhz yüksək punktuallıq Tokumen hava limanına lider olmağa imkan verib.

İkinci yeri Braziliyanın Fortaleza şəhərində yerləşən Pinto Martins Hava Limanı, üçüncü yeri isə Cənubi Afrikanın Keyptaun Hava Limanı tutub.

ABŞ-dan yalnız bir hava limanı iyirmiliyə düşə bilib. Portlend Hava Limanı reytinqdə 18-ci yerdə qərarlaşıb.

Panama birinci yer sayəsində qalib ölkə olsa da, ən böyük uğuru Braziliya əldə edib. Fortaleza Pinto Martins Hava Limanı ikinci yeri tutub, ümumilikdə isə ilk 20-likdə yer alan hava limanlarının doqquzu Braziliyada yerləşir.

Reytinqə Cənubi Afrika və Yaponiyanın da bir neçə hava limanı daxil olub. Cənubi Afrika Keyptaun (3-cü yer) və Durban Kinq Şaka (7-ci yer), Yaponiya isə Osaka-İtami (12-ci yer), Fukuoka (15-ci yer) və Naqoya-Çubu (20-ci yer) hava limanları ilə siyahıda təmsil olunub.

“AirHelp”in reytinqinə görə dünyanın ən yaxşı 20 hava limanı:

Tokumen Hava Limanı – Panama şəhəri, Panama Pinto Martins Hava Limanı – Fortaleza, Braziliya Keyptaun Hava Limanı – Cənubi Afrika Resifi/Quararapes – Gilberto Freyre Hava Limanı – Braziliya Braziliya – Prezident Juselino Kubiçek Hava Limanı – Braziliya Rio-de-Janeyro Santos-Dümon Hava Limanı – Braziliya Durban Kinq Şaka Hava Limanı – Cənubi Afrika Belem Val-de-Kans Hava Limanı – Braziliya Bude Hava Limanı – Norveç Billund Hava Limanı – Danimarka Virakopus–Kampinas Hava Limanı – Braziliya Osaka-İtami Hava Limanı – Yaponiya Sinqapur Çangi Hava Limanı – Sinqapur Santyaqo Hava Limanı – Çili Fukuoka Hava Limanı – Yaponiya Rio-de-Janeyro-Qalean Hava Limanı – Braziliya Salvador Deputado Luis Eduardo Maqalyaeş Hava Limanı – Braziliya Portlend Hava Limanı – ABŞ Belo-Orizonti Tankredu Neves Hava Limanı – Braziliya Naqoya-Çubu Hava Limanı – Yaponiya.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 İyun 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri